89 yaşındadı, 55 ildir yatmır

“Tədqiqlər zamanı yata bilmədiyimi öyrənmək istəyən həkim və tibb bacılarının özləri yatdı”



Eskişehirdə yaşayan 89 yaşındakı Məmməd İnanc, 55 ildir yata bilmədiyini ifadə edərək, bu vəziyyətin üstünlüklərini istifadə etdiyini söyləyir.
Sültüce məhəlləsində məskunlaşan Məmməd İnanc, uzun illər Eskişehirdəki Türkiyə Lokomotiv və Mühərrik Sənaye A.Ş.da (TÜLOMSAŞ) çalışdıqdan sonra təqaüdə çıxdı. 3 dəfə ailə quran və bu evliliklərindən 12 uşağı olan Məmməd İnanc, üçüncü həyat yoldaşı Lütfüyə İnanc ilə 35 ildən çoxdur birlikdə yaşayır.
TÜLOMSAŞ-da işçi olaraq çalışdığı 1960-cı ildə yata bilməmə problemi ilə qarşılaşdığını ifadə edən Məmməd İnanc, 55 ildir heç yatmadığını söylədi. Həkimə getdiyini, ancaq hər hansı bir nəticə götürə bilmədiyini ifadə edən İnanc, bunları söylədi:
Eskişehirdə yaşayan 89 yaşındakı Məmməd İnanc, 55 ildir yata bilmədiyini ifadə edərək, bu vəziyyətin üstünlüklərini istifadə etdiyini söyləyir.
Sültüce məhəlləsində məskunlaşan Məmməd İnanc, uzun illər Eskişehirdəki Türkiyə Lokomotiv və Mühərrik Sənaye A.Ş.da (TÜLOMSAŞ) çalışdıqdan sonra təqaüdə çıxdı. 3 dəfə ailə quran və bu evliliklərindən 12 uşağı olan Məmməd İnanc, üçüncü həyat yoldaşı Lütfüyə İnanc ilə 35 ildən çoxdur birlikdə yaşayır.

TÜLOMSAŞ-da işçi olaraq çalışdığı 1960-cı ildə yata bilməmə problemi ilə qarşılaşdığını ifadə edən Məmməd İnanc, 55 ildir heç yatmadığını söylədi. Həkimə getdiyini, ancaq hər hansı bir nəticə bilmədiyini ifadə edən İnanc, bunları söylədi:
"Həkimlər də mənim vəziyyətimə çaşdı. Eskişehirin yanında İstanbula da getdim. Cerrahpaşa Tibb Fakültəsi xəstəxanasında tədqiqlər edildi, müalicələr tətbiq olundu, ancaq bir nəticə əldə edə bilmədim. Tədqiqlər zamanı yata bilmədiyimi təyin etmək istəyən həkim və tibb bacılarının özləri yatdı. Mənə təklif edilən hər yolu sınadım. Hipnozdan tibbi müalicələrə qədər hər şey tətbiq olundu, ancaq yata bilməmək problemimə həll tapa bilmədilər.”
Əvvəllər yuxusunun çox ağır olduğunu izah edən Məmməd İnanc, yuxusuzluq vəziyyətini ilk illərdə qəbul edə bilmədiyini, ancaq daha sonra yuxusuz qalmağa alışdığını və bunu "Allahın bir lütfü” olaraq gördüyünü ifadə edir. İnanc, belə davam etdi: "Yatmıram, amma sağlamlığım yerində idi. Yuxusuz qalmanın üstünlüklərini istifadə etməyə başladım. Zaman deyə bir çətinliyim yox idi. Bütün işlərimi edə bilirəm. Gecələri vaxt keçirmək üçün kitabxanamdakı kitabları oxuyuram, qəzet oxuyuram, bilməcə həll edirəm. Evimin altına qurduğum atelyedə mebel təmiri edirəm. Bizlərlə beret və corab hörürəm. Hördüklərimi də yoldaşlarıma, qohumlarıma hədiyyə edirəm.”

Keçən ay qatıldığı bir yaxının cənazəsində yıxıldığını və sağ ayağında qırıqlar olduğunu izah edən İnanc, "Xəstəxanada belimdən aşağısını keyidib ayağımı əməliyyat etdilər. Əməliyyat zamanı özümdəydim və həkimlərlə davamlı danışırdım. Bu an sağlamlığım yaxşıdır” deyə danışdı.
Nevroloji mütəxəssisi Prof. Dr. Qazi Özdəmir, bəzi kəslərin gözü açıqkən yatdığını söyləyir. Beynin enerji yığması üçün yuxunun çox əhəmiyyətli olduğunu yazan Prof. Dr. Qazi Özdəmir, bunları söylədi:
"Bir adam uzun müddətdir yatmıram desə belə mütləq gözü açıqkən də yatar. O bunun fərqində deyil. İnsanların yüzdə 99 faizi gözü bağlı yatarlar. Bəzi insanlar da gözü açıq yatarlar. 60 yaşından sonra insanların normal 7-8 saatlıq yuxu ehtiyacı daralmağa başlayır. Daha az yorulduqları, daha az enerji xərclədikləri üçün, daha az elektrik sərf etdiklərindən enerji ehtiyacı azalır. O adam 7-8 saat yatması lazım olarkən 2-3 saat yatmağa başlayır. 60 yaşından sonra kəslər az yatmağa başladıqlarında özünü "mən yatmıram” deyə ətrafında təyin etməyə başlar. Daha az yuxunu köhnəsi ilə müqayisə edir. Yuxusuz qaldığını düşünür. Bəzi insanlar qısa müddətə yuxuya getdiklərini hiss edərlər. Ancaq bu müddətin fərqində deyildirlər. Gün içərisindəki bu qısa davamlı yuxuya getmələri və çox bir enerji də xərcləmədiklərindən ötəri gecə yatmasına ehtiyac buraxmağa bilər. Adamın şüuru yerində, hər hansı bir psixoloji narahatlığı yox və heç yatmadığını da söyləyirsə o adamın gündüz oturarkən gözləri açıq yuxuya getmə halları mövcud ola bilər. Onun şikayəti gecə yatmamaqdır. Gündüz kəsdirir. Gün içərisində 5 -10 dəqiqə dalmalar yuxusuzluğunu ola bilər aradan qaldırır.