895 min manat vəsaitin büdcədən yayınmasının qarşısı alındı - DGK




Bakı Baş Gömrük İdarəsi tərəfindən ixracatçı ölkələrin gömrük orqanlarına göndərilən sorğular nəticəsində həmin ölkələrdən idxal edilən malların invoys qiymətlərinin azaldılması halları müəyyən edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində bu ilin aprel ayının ilk 10 günü ərzində təqdim olunan invoyslarla orijinal invoyslar arasında əmələ gələn fərq 1 mln. 438 min 404 dollar (2 mln. 488 min 440 manat) təşkil edib və aparılan hesablamalarla dövlət büdcəsinə əlavə olaraq 895 min manatdan artıq gömrük vergi və rüsumlarının köçürülməsi təmin edilib.

Firma

Təqdim olunan invoys (USD)
Orijinal invoys (USD)
Fərq (USD)
Fərq (AZN)
"RAKURS” MMC
5 713,51
8 593,51
2 880,00
4 982,40
"RAKURS” MMC
6 162,00
10 554,34
4 392,34
7 598,75
"SEM-GROUP” MMC
37 000,00
46 915,63
9 915,63
17 154,04
"Avrosof” MMC
35 009,30
52 562,72
17 553,42
30 367,42
AĞASİYEV EMİL AYDIN OĞLU
60 730,00
136 000,00
75 270,00
130 217,10
İMANOV ƏLİ NİZAMİ OĞLU
48 221,70
207 000,00
158 778,30
274 686,46
NƏBİYEV İLHAM KƏRƏMULLAH OĞLU
35 734,48
71 284,86
35 550,38
61 502,16
"ARSAN COMPANY” MMC
33 092,00
54 438,00
21 346,00
36 928,58
"MZ GROUP AZƏRBAYCAN” MMC
41 993,29
77 085,59
35 092,30
60 709,68
"Avrosof” MMC
41 890,72
75 000,02
33 109,30
57 279,09
"LOTOS-2016” MMC
17 560,50
33 899,00
16 338,50
28 265,61
"TRAYEKTORİYA-NF” MMC
18 818,00
35 300,00
16 482,00
28 513,86
ABASOV ŞƏNLİK FƏXRƏDDİN OĞLU
25 896,65
55 956,65
30 060,00
52 003,80
"Yamaxa-08” MMC
35 625,00
75 935,00
40 310,00
69 736,30
"Avrosof” MMC
28 900,00
67 300,00
38 400,00
66 432,00
"Avrosof” MMC
26 600,00
62 901,70
36 301,70
62 801,94
"Avrosof” MMC
28 910,00
78 045,70
49 135,70
85 004,76
"İDC 2000” MMC
30 336,50
58 090,50
27 754,00
48 014,42
"İDC 2000” MMC
29 701,55
56 935,35
27 233,80
47 114,47
"İDC 2000” MMC
42 142,00
79 572,40
37 430,40
64 754,59
"İDC 2000” MMC
43 821,60
81 241,20
37 419,60
64 735,91
"İDC 2000” MMC
47 704,60
89 694,77
41 990,17
72 642,99
"İDC 2000” MMC
49 616,39
93 170,00
43 553,61
75 347,75
"İDC 2000” MMC
45 514,54
85 531,91
40 017,37
69 230,05
"İDC 2000” MMC
30 788,02
58 911,94
28 123,92
48 654,38
"İDC 2000” MMC
49 804,20
93 526,40
43 722,20
75 639,41
"İDC 2000” MMC
45 219,26
83 001,24
37 781,98
65 362,83
"İDC 2000” MMC
46 398,75
87 290,15
40 891,40
70 742,12
"İDC 2000” MMC
30 759,80
58 860,60
28 100,80
48 614,38
AĞAYEV FİRUDİN BƏHMƏN OĞLU
23 166,72
29 000,00
5 833,28
10 091,57
"GREEN GROUP ADVERTİSİNG” MMC
36 620,00
45 015,00
8 395,00
14 523,35
"QLOBAL KİMYA” MMC
31 560,26
62 189,10
30 628,84
52 987,89
"TRANZİT-2016” MMC
27 150,00
46 650,00
19 500,00
33 735,00
"TRANZİT-2016” MMC
27 150,00
46 650,00
19 500,00
33 735,00
"PAŞAM MOBİLYA İ.İ.P.L.Ş FİLİALI
39 730,00
71 755,00
32 025,00
55 403,25
"KOMMERSANT-2017” MMC
37 377,40
59 483,23
22 105,83
38 243,09
"TURKUAZ-LL” MMC
6 250,96
7 558,46
1307,50
2 261,98
"RAMSE” MMC
31 813,68
51 499,91
19 686,23
34 057,18
"SƏMA İ.K.F.” FİRMASI
13 394,00
17 100,00
3 706,00
6 411,38
ƏLİYEV ELXAN ABDUL OĞLU
31 617,86
40 561,00
8943,14
15 471,63
"AKUSTİKA-M” MMC
26 618,08
40 120,00
13501,92
23 358,32
"SARIDAĞ” MMC
12 811,54
22 858,96
10 047,42
17 382,04
"HİDRO PARK” MMC
5 720,00
39 882,00
34 162,00
59 100,26
"XİMEKSPRESS-2000” FİRMASI
31 338,00
51 908,00
20 570,00
35 586,10
"VOLTA-M” MMC
19 801,70
115 082,55
95 280,85
164 835,87
"BULUS TERMİNAL” MMC
9 822,88
21 845,75
12 022,87
20 799,57
"BULUS TERMİNAL” MMC
16 113,78
42 367,64
26 253,86
45 419,18
CƏMİ:
1447721,22 USD
2886125,78 USD
1438404,56 USD
2488439,89 AZN

"Respublikamızda qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər, mütərəqqi islahatlar bu sahədə dinamik inkişaf üçün əsaslı stimul yaradıb.

Son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində əldə edilən nailiyyətlər, ölkəmizin ixrac potensialının artması, görülən işlərin nəticəsi kimi qiymətləndirilməlidir. Gömrük orqanları da daim ölkəmizin davamlı iqtisadi inkişafını təmin etmək məqsədilə həyata keçirilən siyasətə öz töhfəsini verməyə çalışır. "Bir pəncərə”, "Elektron bəyannamə”, "Yaşıl dəhliz” və bu kimi digər yeniliklər, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, şəffaflığın artırılması, ticarətin sürətli, asan və maneəsiz şəkildə həyata keçirilməsi üçün atılan mühüm addımlardır. Lakin ölkə iqtisadiyyatının inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, münbit investisiya mühitinin yaradılması, daxili bazarın qorunması, yerli istehsalın inkişaf etdirilməsi istiqamətində görülən tədbirlərə etinasız yanaşan bəzi xarici iqtisadi fəaliyyət iştirakçıları dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmır, qanunvericiliyin tələblərinə əməl etməyərək idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışırlar. Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bir daha bildirir ki, gələcəkdə də müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq", - deyə məlumatda bildirilib.