Abbas Abbasov: “Azərbaycanlılardan xahiş edirik, restoranlara getməsinlər”
21:02 16.10.2013
Arxiv
811
"Mən bütün regionlara zəng vurmuşam. Azərbaycanlılardan xahiş edirik, özlərini təmkinli aparsınlar və restoranlara getməsinlər”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri "Azərros” Federal Milli Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Abbas Abbasov "Dojd” telekanalına müsahibəsində deyib.
"Baş verənlər çox təssüf doğurur. Rusiyada yaşayan azərbaycanlılar baş verən hadisələrdən çox təəssüflənirlər və heç bir halda qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovu dəstəkləmirlər”.
A. Abbasov "Pokrov” meyvə-tərəvəz bazası ətrafında yaranan vəziyyəti də şərh edib: "Bu baza bu gün-dünən yaranmayıb. Neçə illərdir ki, fəaliyyət göstərir. Yazırlar bazarların çoxu azərbaycanlıların əlindədir, o cümlədən bu meyvə-tərəvəz bazasının. Biz o vaxt bir ölkə idik. Bir yerdə yaşayırdıq. Həmin ölkə dağıldı. Azərbaycan və Özbəkistan bütün SSRİ-ni meyvə və tərəvəz məhsulları ilə təmin edirdi. Azərbaycan təzə gəlməyib ki, bu sahəyə... SSRİ-nin vaxtından azərbaycanlılar bu sahədədir”.
A. Abbasov qətldə şübhəli bilinən Orxan Zeynalovla bağlı hadisələri belə şərh edib: "Orxan Zeynalov Rusiyaya kosmosdan uçub gəlməyib. O, sərhədi, gömrüyü keçib. Hər bir ölkənin haqqıdır ki, viza tətbiq eləsin, öz ölkəsinin təhlükəsizliyinin təmin eləsin. Bununla Rusiya dövlətinin müvafiq qurumları vaxtında məşğul olmalı idilər”.
A. Abbasov deyib: "Bir nəfərə görə hamının üstündən xətt çəkmək olmaz. O, bu cinayəti törədibsə, qoyun, bu sübuta yetirilsin və ona layiqli cəza verilsin. Amma bundan başqa məqsədlər üçün istifadə etmək düzgün deyil. Bu qətldən istifadə edib iğtişaş törədənlər Rusiyanın zəifləməsini istəyənlərdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti İlham Əliyevi təbrik etdi
18:30 19.12.2025
Rəsmi
Kürdəmirdə 9-cu sinif şagirdini "tok" vurub
18:20 19.12.2025
Hadisə
İlqar Hacıyevin məhkəməsi başlayır
18:12 19.12.2025
Hadisə
Putin Kadırovu nümunə göstərdi
18:03 19.12.2025
Region
Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib
17:53 19.12.2025
Gündəm
Azərbaycanda ov mövsümü açılır
17:38 19.12.2025
Cəmiyyət
Meyxanaçı Kərimin dəfn yeri açıqlandı - YENİLƏNDİ
17:19 19.12.2025
Mədəniyyət
"Fənərbağça" ulduz futbolçu ilə güclənəcək
16:34 19.12.2025
Futbol
İran səfiri İsveç XİN-ə çağırılıb
16:34 19.12.2025
Dünya
Meyxanaçı Ağakərim vəfat edib
16:31 19.12.2025
Mədəniyyət
İran heç bir ölkədə olmayan nüvə silahı yaratmaq istəyib - “Ynet”
15:51 19.12.2025
Dünya
Rusiya lideri: Artıq münaqişə istəmirik, sülhə hazırıq
15:44 19.12.2025
Dünya
İŞİD-ə qoşulmaq istəyirdi, DTX həbsə göndərdi
14:59 19.12.2025
Hadisə
Makron: “Putinlə görüşməli olacağıq”
14:50 19.12.2025
Dünya
Beyləqanda azyaşlı quyuya düşərək ölüb
14:45 19.12.2025
Hadisə