ABŞ-da hamilə qadın daxil olmaqla, 5 nəfər qətlə yetirilib






ABŞ-ın Alabama ştatının Sitronell şəhərində hamilə qadın daxil olmaqla, 5 nəfər qətlə yetirilib.
Şübhəlinin törətdiyi hadisədən sonra Alabamadan ayrılaraq Mississippi ştatına  getdiyi və burada təhlükəsizlik güclərinə təslim olduğu bildirilir. 
Hadisənin təfərrüatları və şübhəlinin şəxsiyyəti hələlik açıqlanmır.
Qurbanların hamısının yetkin, birinin isə hamilə olduğu qeyd edilib.