ABŞ-da koronadan ölənlərin sayı yarım milyonu ötüb

ABŞ-da son sutkada yeni növ koronavirusa (COVID-19) 69 417 yeni yoluxma faktı qeydə alınıb.
 APA-nın xəbərinə görə, bu barədə Con Hopkins İnstitutu məlumat yayıb. 
 Bildirilib ki, son 24 saat ərzində 701 nəfər koronavirusdan vəfat edib. 
 ABŞ-da indiyədək 30.3 milyondan çox şəxs bu infeksiyaya yoluxub, onlardan 550 071 nəfəri vəfat edib.