ABŞ-da qatar relsdən çıxdı - 3 ölü, 77 yaralı - YENİLƏNİB-1




ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 77 nəfər xəstəxanalara yerləşdirilib, onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.


Qəzanin Leykvud-Olimpiya şəhərləri arasında baş verdiyi məlum olub. Qatarda 78 sərnişin və 5 ekipajn üzvü olub.


Qəza zamanı vaqonlardan biri körpüdən avtomobil yoluna aşıb. Bir neçə avtomobilə zərər dəysə də, sürücülər arasında ölən və yaralanan olmayıb.



***


ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində 77 nəfər xəsarət alıb.


APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə tibbi mənbələrdə bildirilib.


İnsident nəticəsində ölənlərin olduğu bildirilsə də, onların sayı barədə hələ ki, məlumat yoxdur.



***


ABŞ-ın Vaşinqton ştatında sürətli sərnişin qatarı relsdən çıxıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qatarın Sietl - Portlend marşrutu ilə hərəkət etdiyi bildirilir.


İlkin məlumata əsasən, qəza zamanı vaqonlardan biri körpüdən avtomobil yoluna aşıb. İnsident nəticəsində yaralananların olduğu bildirilsə də, onların sayı barədə hələ ki, məlumat yoxdur.