ABŞ Dövlət Departamenti: Diplomatların ailə üzvləri Türkiyəni tərk etsinlər
10:48 26.07.2016
Arxiv
349
ABŞ Dövlət Departamenti İstanbul və Ankarada fəaliyyət göstərən ABŞ diplomatlarının ailə üzvlərini Türkiyəni tərk etməyə, habelə ölkənin cənub-şərq bölgəsinə səyahət etməməyə çağırıb.
Musavat.com "İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Dövlət Departamentinin rəsmi saytında bu barədə deyilir: "Dövlət Departamenti bu hadisələrin (baş tutmayan hərbi çevrilişin) ölkənin təhlükəsizliyi ilə bağlı ümumi situasiyaya təsirini diqqətlə izləməkdə davam edir və ABŞ vətəndaşlarına Türkiyəni ziyarət etmək planlarını yenidən gözdən keçirməyi məsləhət görür”.
"Dövlət Departamenti ABŞ vətəndaşlarını Türkiyədə terrorçu təşkilatlar tərəfindən gələ biləcək təhdidlər barədə məlumatlandırmaqda davam edəcək” - deyə departamentin məlumatında vurğulanır.
Xəbərdə ABŞ Dövlət Departamentinin bu qərarının Türkiyədə 90 günlük fövqaladə vəziyyət rejiminin elan edilməsindən sonra verildiyi bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm