ABŞ-ın yeni adamı Qarabağa yeni ab-hava gətirəcək
08:54 01.09.2017
Arxiv
955
Endru Şoferin 25 illik diplomatik təcrübəsi var
Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk Qrupundakı həmsədrini yeniləyib. Cəmi 8 ay həmsədr postunda işləyən Riçard Hoqlandı bundan sonra Endrü Şofer əvəzləyəcək. Dövlət Departamentinin bununla bağlı yaydığı məlumatda deyilib ki, "Cənab Şofer Avropada və beynəlxalq təşkilatlarda qazandığı böyük iş təcrübəsini özü ilə birlikdə bu vəzifəyə gətirəcək”.
Yeni həmsədr Endru Şofer vəzifəsinə həvəslə başlayıb və tərəflər arasında qısa zamanda irəliləyişin olacağını, özünün bu istiqamətdə ciddi çalışacağını bəyan edib: "Minsk Qrupunun amerikalı həmsədri kimi fransalı və rusiyalı həmkarlarımla birlikdə işləməyi səbirsizliklə gözləyirəm. Müzakirə olunmalı çox çətin məsələlər var, lakin inanıram ki, nizamlanma mümkündür”. Verilən xoş vədlərin və ümidlərin nə dərəcədə reallaşacağını zaman göstərəcək. Ancaq hələ ki nikbinlik üçün ciddi əsas görünmür. Çünki Cənubi Qafqazın ən uzunömürlü konfliktinin nizamlanması üçün indiyədək edilən təşəbbüslərin heç biri reallaşmayıb. Əsas səbəb isə işğalçı Ermənistana işğalçı kimi davranılmaması, münaqişə tərəflərinə bərabər gözlə baxılmasıdır. Şübhəsiz ki, bu cür yanaşma davam edəcəksə, yeni həmsədrin səyləri əvvəlkilər kimi mənasız olacaq. Məlumat üçün bildirək ki, yeni amerikalı həmsədrin 25 ildən artıq diplomatik təcrübəsi var.
1985-ci ildə Yala Universitetini bitirən Şofer Kolumbiya Universitetində beynəlxalq münasibətlər üzrə magistr təhsili alıb. 1991-ci ildə ABŞ-ın Bəhreyn və Küveytdəki səfirliklərində, 2000-ci illərdə Rusiya, Haaqa, Kabildakı diplomatik korpuslarda siyasi əlaqələr sahəsində fəaliyyət göstərib. Sabiq müvəqqəti həmsədr Riçard Hoqland Şoferin münaqişələrin həllində praktiki təcrübəsi olduğunu deyib: "Şofer 2011-2014-cü illərdə ABŞ-ın Kiprdəki səfirliyinin missiya rəhbərinin müavini vəzifəsində çalışıb. 2015-ci ildən isə Birləşmiş Ştatları Vyanada beynəlxalq təşkilatlar yanında Missiyada təmsil edib. Şofer diplomatik fəaliyyəti illərində insan haqlarını aktiv müdafiə edib, xüsusilə də qadınlar, milli və digər azlıqlarla bağlı məsələlərə köklənib. Şoferin fikrincə, bərabərlik rəsmiyyət kimi yox, real olmalıdır”. Hoqland hesab edir ki, yeni həmsədrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərin biliyi var: "Biz dəfələrlə görüşüb müzakirələr aparmışıq, ona görə o, bütün informasiyaya malikdir”. Yeni vasitəçini dəyərləndirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun yeni amerikalı həmsədri ilə sıx əməkdaşlığı davam etdirməyə hazırdır: "Ümumiyyətlə, Azərbaycanın Minsk Qrupunun həmsədrlərindən gözləntisi fərdi yox, institusional xarakter daşıyır. Həmsədrlər mandatlarına uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etməlidir. Lakin bu, Minsk Qrupunun 25 illik fəaliyyəti ərzində təmin edilməyib”.
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirib ki, ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədrinin fəaliyyətə başlaması Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni ab-hava gətirəcək. Şoferin pozitiv təkliflər irəli sürdüyünü deyən politoloqun fikrincə, bu təkliflər problemin həllinə impuls verə bilər:
"Təbii ki, bütün həmsədrlər öz ölkələrinin mövqeyini irəli sürürlər. Bu baxımdan, amerikalı həmsədr ABŞ-ın yeni, əvvəlkindən xeyli fərqlənən mövqeyini irəli sürəcək. Bildiyiniz kimi, hazırda Amerika tamamilə fərqli bir mövqe ilə çıxış edir. Bu mövqe bizi tam şəkildə qane etməsə də, erməniləri narazı salmağa kifayətdir. Ona görə də, bunu irəliyə doğru atılmış addım hesab etmək olar”. Q.Hüseynli bildirib ki, ABŞ-ın hazırkı mövqeyi xeyli şəkildə obyektivliyə yaxındır: "Rusiyalı həmsədrin dəyişilməsinə ehtiyac var. 10 ilə yaxındır rusiyalı həmsədr dəyişmir. Çünki indiki məqamda danışıqlar prosesini "tormozlayan” tərəf məhz Rusiya və onun həmsədridir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya