ABŞ-ın yeni səfiri mesajlar verdi





ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekuta qarşılama mesajı yayıb.
 ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, səfir həmin video mesajda Azərbaycan xalqına öz ürək sözlərini çatdırıb.
Səfir Sekuta videoda hansı məkanları öncə ziyarət etməyi, Azərbaycan yeməkləri və ölkəmizin mədəniyyəti kimi bir çox məsələyə toxunub.
ABŞ və Azərbaycan arasında çox yaxşı əlaqələrin olduğunu vurğulayan səfir ölkəmizə gələcəyi üçün məmnun olduğunu qeyd edib. Yeni səfir fikirlərinin bir qismini Azərbaycan dilində ifadə edib.