Ac millət...
20:30 27.11.2014
Arxiv
637
Ermənistanın daxili və xarici siyasəti fiaskoya uğrayıb
Dünən Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan Stokholm Sülh Araşdırmalar İnstitutunda çıxış edərək ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupu ilə həmfikir olduğunu deyib, Azərbaycanı hərbi ritorika və təcavüzkar siyasət yeritməkdə günahlandırıb. Nalbandyanın Stokholmdakı çıxışını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, uğursuz daxili və xarici siyasətə görə öz ölkəsinin ictimaiyyəti qarşısında tamamilə nüfuzunu itirən, beynəlxalq aləmdə isə qeyri-ciddi və etibarsız bir tərəf kimi qəbul edilən Ermənistan rejimi xarici işlər naziri E.Nalbandyanın timsalında yalan və böhtanlarla özünə bəraət qazandırmağa çalışır: "Regionda sülh və təhlükəsizlik üçün ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Ermənistanın hərbi diktatura rejiminin militarist siyasətidir. Digər dövlətə qarşı hərbi təcavüz və etnik təmizləmə, insanlığa qarşı cinayət, o cümlədən Xocalı faciəsini törədən, dövlət səviyyəsində terror həyata keçirən bir dövlətin - Ermənistanın sülhdən danışmağa və özünü sivil dövlət adlandırmağa heç bir əsasla haqqı yoxdur. Azərbaycana qarşı törətdiyi işğal və təcavüzə görə Ermənistan BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri əsasında bilavasitə məsuliyyət daşıyır”.
Prezident yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli isə bildirib ki, Ermənistanın yeritdiyi daxili və xarici siyasət fiaskoya uğramaqdadır. Bugünkü dünyada daxili və xarici siyasət bir-birilə olduqca bağlıdır: "Xarici siyasət sözün həqiqi mənasında daxili siyasətin tamamlanması, davamıdır. Ermənistanın yeritdiyi daxili siyasətin nəticəsidir ki, bütün sahələrdə sistemli böhran yaşanmaqdadır. Bunun nəticəsində əhalinin hakimiyyətə etimad əmsalı aşağı düşüb. Bu, ölkənin xarici siyasətində də özünü göstərir”.
E.Nəsirovun sözlərinə görə, bu gün Ermənistanın beynəlxalq aləmdə etimadı azalmaqdadır və Ermənistan da bunun fərqindədir: "Gərginlik və beynəlxalq aləmin təsiri altında Ermənistan real vəziyyətə adekvat olmayan bəyanatlar verir. Daxili situasiya gərginləşdikcə, Ermənistan rəhbərliyinin sərsəm bəyanatlarının faizi artmaqdadır”.
Politoloq vurğulayıb ki, Nalbandyanın bəyanatı dekabrda ATƏT XİN Şurasının Bazeldə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları kölgə altına salmaq və nəticələrə təsir etməkdir: "Çalışırlar ki, dünyada Azərbaycanın mənfi obrazını yaratsınlar. Bu niyyətə Ermənistan vaxtilə çata bilirdi. Lakin indi dünya dəyişib, dünyada Azərbaycanın yeri, rolu, potensialı yüksək qiymətləndirilir. Azərbaycanın tək xarici siyasəti deyil, ölkənin hərbi potensialının gücləndirilməsi ilə bağlı yeritdiyi siyasət konkret nəticələrini verməkdədir”.
Politoloqun qənaətincə, Ermənistanda daxili vəziyyət gündən-günə pisləşdiyi üçün hökumət diqqəti yayındırmağa çalışır: "Artıq ölkəni tərk edənlərin sayı 100 mini ötüb keçib. Belə olan vəziyyətdə hakimiyyətin sonu yaxınlaşa bilər. Bunun qarşısını almaq üçün ictimai fikri əsas məsələdən yayındırmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti hər zaman gündəmdə saxlamaq və diqqəti ona yönəltmək lazımdır. Hesab edirəm ki, Nalbandyanın son çıxışına bu kontekstdə qiymət vermək lazımdır. Bütün bu çıxışların bir mahiyyəti var ki, elə etsinlər ki, münaqişənin həlli ilə bağlı ümidlər puç olsun. Münaqişə dondurulmuş vəziyyətdə qalsın və status-kvo qorunub saxlanılsın”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə