Ölkəmiz bir bazar və bu sahədə peşəkarlaşmış şirkətlərin təmas nöqtəsi kimi əhəmiyyətli mərkəz halına gəlir.
" “ADEX-2018” milli müdafiə sənayemizin inkişafını stimullaşdırır" - Şərh
09:01 27.09.2018
Arxiv
642
"Azərbaycan müdafiə sənayesi kompleksinin inkişaf etməsi silahlı qüvvələrin imkanlarının genişlənməsinə, milli texnika və silah arsenalının formalaşmasına təkan verir”.
Bunu "Sherg.az”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Ekspertin sözlərinə görə, Azərbaycanda keçirilən 3-cü "ADEX-2018” beynəlxalq müdafiə sərgisi ölkəmizin milli müdafiə sənayesinin inkişaf etdirilməsini stimullaşdırır:
"Sərgi Azərbaycan müdafiə sənayesinə məxsus şirkətlərin bu sahədə satınalmalar həyata keçirməsinə şərait yaradır. Ən vacib məqamlardan biri isə Azərbaycanın beynəlxalq müdafiə sənayesi sahəsində bazar rolunu oynamasıdır.
Ölkəmiz bir bazar və bu sahədə peşəkarlaşmış şirkətlərin təmas nöqtəsi kimi əhəmiyyətli mərkəz halına gəlir. Müharibə vəziyyətində olmağımıza baxmayaraq, ölkəmizdə bu tipli sərgilərin keçirilməsi və beynəlxalq silah ticarəti sahəsində inkişaf etmiş və ixtisaslaşmış ölkələrin sərgiyə qatılması çox təqdirəlayiqdir. Bu o deməkdir ki, Azərbaycan beynəlxalq aləmdə hərbi nüfuzunu qorumaqla yanaşı həm də sürətli inkişaf etdirmək əzmindədir”.
Qeyd edək ki, Bakıda 3-cü "ADEX-2018” beynəlxalq müdafiə sərgisi başlayıb. Bakı Ekspo Mərkəzində keçirilən sərgidə dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak edib. Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr "ADEX 2018” sərgisinə qatılıblar. Sərgidə digər sektorlarla yanaşı, hərbi-aviasiya sənayesi də geniş təqdim olunacaq. Sərgi sentyabrın 27-də başa çatacaq.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə