Afərin, pilot: Çaya düşən təyyarənin pilotu baxın, necə tapıldı

Tayvanda düşən sərnişin təyyarəsinin qəhrəman elan edilən pilotuyla əlaqədar yeni bir detal da ortaya çıxdı. Təyyarəni çaya doğru yönəldərək şəhər mərkəzinə düşməsinə mane olan pilotun cansız bədəninini tapan vəzifəlilər, tükürpədici bir tablo ilə qarşılaşdı.
"China Timesə” danışan prokurorlar, cəsədi aşkarlanan pilot Liao Çien-tsungun, iki əliylə təyyarənin sükanından möhkəm yapışdığı söylənildi. Adı açıqlanmayan bir prokuror, qıçlarının faciəvi şəkildə qırıldığı görülən Liao üçün, "Təyyarənin çaya düşdüyü son ana qədər, istiqamətə nəzarət etməyə və daha çox can itkisini önləməyə çalışıb” dedi.
Qəzadan sonra axtarış işlərində bu ana qədər 35 adamın cəsədi aşkarlanıb. Təyyarədəki 58 adamdan 15-i yaralı xilas oldu. Səkkiz adam isə hələ də itkindir.
41 yaşlı Liao, qəzanın ardından qəhrəman elan edilmişdi. AFP-ə danışan Honq Konqlu hava mütəxəssisi Daniel Tsanq, "Normal uçuş yoluna baxacaq, pilotun şüurlu bir şəkildə daha çox can itkisini önləmək üçün təyyarəni çaya istiqamətləndirdiyi aydın olur. Bu çox cəsur bir işdir " deyərkən, Tayvan mətbuatı da Liaonu qəhrəmana çevirmişdi.