Afrin əməliyyatı sülh prosesinə gətirəcəkmi ?







"Tərəflərin fikirləri Suriya məsələsinə cəmlənəcək, müzakirələr bu istiqamətdə aparılacaq”.

Bunu "Sherg.az”a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət başçısı Donald Tramp arasında baş tutan telefon danışığını analiz edərkən politoloq İlqar Vəlizadə deyib. 

Onun sözlərinə görə, Türkiyə Afrin əməliyyatı ilə Azad Suriya ordusunun da mövqelərini gücləndirir:

"Bu da xüsusilə, Rusiya və Bəşər Əsəd tərəfindən narahatlığın ifadə olunmasına gətirib çıxarır. Rusiya danışıqlarda bu narahatlığını diqqət mərkəzinə çəkir. Türkiyənin yəqin ki, ortaya qoyduğu fikirlər yenə də var. Düşünürəm ki, Türkiyə təmizlədiyi əraziləri Azad Suriya Ordusuna təhvil verir.

Afrin əməliyyatlarının gələcək aqibətinə gəlincə, bu işin sülh prosesinə təsiri əsas müzakirə mövzusu olmalıdır”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-lı həmkarı Donald Trampla telefonla danışığı zamanı Vaşinqtonu PKK terror təşkilatının Suriyaqolu PYD/YPG-ni silahla təchiz etməyə son qoymağa çağırıb.

Aysel Aslan