"Afrin əməliyyatını Türkiyənin "qanayan yara"sına çevirmək istəyirlər"
16:55 19.02.2018
Arxiv
761
Mübariz Əhmədoğlu:"Ona görə, Türkiyənin Suriyadakı hərbi əməliyyatı xeyli davam edəcək. İri dövlətlər də bundan istifadə edərək, Türkiyəni zəiflətməyə çalışacaq"
"Suriyanın rəsmi dövlət qüvvələri ilə türk ordusu arasında qarşıdurma qaçılmazdır”.
Bunu "Sherg.az”a PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edilməsindən danışarkən siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu söyləyib.
O bəyan edib ki, bu məsələdə hansı tərəfin haqlı olduğunu demək çətindir:
"Türkiyə kürd məsələsində əvvəldən yanlışlara yol verdi. Digər dövlətlərə bu məsələ ilə məşğul olmağa imkan verməməli idi. Kürd məsələsi ilə ABŞ və Türkiyə məşğul idi. Sonradan Rusiya və İranın prosesə qoşulması vəziyyəti qəlizləşdirdi.
Kürd məsələsi Türkiyənin monopoliyasına aiddir. O biri dövlətlər çalışacaqlar ki, kürdlərlə Türkiyə ordusunun mübarizəsi uzun müddət davam etsin. Həmin hərbi əməliyyatları Türkiyənin qanayan yarasına çevirmək istəyirlər.
Bunun arxasında Türkiyəni daim zəiflətmək məqsədi dayanır. Ona görə, Türkiyənin Suriyadakı hərbi əməliyyatı xeyli davam edəcək. İri dövlətlər də bundan istifadə edərək, Türkiyəni zəiflətməyə çalışacaq".
Qeyd edək ki, Türkiyənin baş naziri Mövlud Çavuşoğlu qeyd edib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Amma Əsəd rejimi PYD/YPG-ni təmizləmək üçün Afrinə daxil olmaq istəyirsə, problem yoxdur. Ancaq Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, heç kim Türkiyəni dayandıra bilməz.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya