Dəli külək istənilən vaxt başınıza küçə lampaları, reklam lövhələri sala bilər
Ağaclar təhlükəlidir...
İmkan olsa, göyə də baxın!
Dəli külək istənilən vaxt başınıza küçə lampaları, reklam lövhələri sala bilər
Dəli külək istənilən vaxt başınıza küçə lampaları, reklam lövhələri sala bilər
"Evlərin pəncərələri möhkəmlənməlidir, eyvanda küləyin asanlıqla yerə ata biləcəyi, uçura biləcəyi əşyaları qoymaq lazım deyil”
Dünənki güclü külək fəsadsız ötüşmədi. Bakı-Sumqayıt qatarı məhz küləyin elektrik dirəyini relsin üzərinə aşırması səbəbindən geri - dayanacağa qayıtmalı oldu. Paytaxt, eləcə də ümumilikdə Abşeron yarımadası güclü küləklərin tüğyan etdiyi ərazilərdi. Əbəs yerə deməyiblər, "Bakı küləklər əhəridir”.
Amma bu ifadə ən çox deyəsən, şair və yazıçıların, bir də sevgililərin ürəyincə olub
həmişə. Küləyə nə qədər şeirlər yazılıb, mahnılar bəstələnib. Sevgililərdən biri görüşə gecikəndə
təqsiri küləyin boynuna yıxıb. Baxmayaraq ki, küləyin bizim - şəhərimizin boynuna yıxdıqları daha
ağır gəlir; külək ağacları qoparıb ya səki kənarında dayanmış avtomobillərin üstünə salır, tikinti
aparılan binalardan bir də görürsən, kiminsə başına daş plitə düşdü, taxta parçaları töküldü. Hələ
küləyin Bakı meri Hacıbala müəllimin min bir əziyyətlə (pulundan danışmırıq - red.) gətirtib, sevə-
sevə, əzizləyə-əzizləyə əkdirdiyi ağac və kolları sellofan torbalarla bayram "yolkası” kimi
bəzəməsini demirik. Bəs adamların gözünə, qulağına, ağzına doldurduğu toz-torpaq?! Külək
başımızın üstündə min-bir oyun çıxarır. İşığı sönən kim, antenası qopub küçəyə düşən kim... Köhnə
Bakının tarixi barədə sənədli filmlərin hamısında rusca "Baku - qorod vetrov” hissəsi var və orada
küləyin şəhərin küçələrində necə tozanaq qopardığı, adamların büdrədiyi göstərilir. Elə bilirsiz, 21-
ci əsrdəki külək dəyişib? Yox. Küləyin əsməsində heç bir dəyişiklik yoxdu. Sadəcə, küləyin vurubyıxacağı obyektlər çoxalıb. Məsələn, elektrik dirəkləri, damların şiferləri, ağaclar, reklam lövhələri və adamların başına düşmək ehtimalı böyük olan daha neçə-neçə yad element.
Bir halda ki, Bakımızın küləklə heç vaxt "baş edə bilmədiyi” bilirik (bilirikmi?! - red.), o zaman
niyə buna uyğun tədbirlər görülmür?
Ağ yel - qara yel
Küləyin törədə biləcəyi fəsadlardan şəhəri və şəhər sakinlərini qorunmağın məsuliyyətinin kimin,
hansı qurumun üzərində olduğu məsələsinə keçməzdən öncə, Bakı küləyinin özü barədə bir-iki
kəlmə deyək. Qeyd edək ki, Bakıya külək bir neçə istiqamətdən daxil olur; şimal, şimal-qərb, şimal-
şərq, cənub, cənub-qərb və cənub-şərq. El arasında həmişə "ağ yel-qara yel” ifadələri işlədilir. Nəzamanki külək "qılınc kimi kəsir”, deyirlər, qara yeldi əsir. Amma isti, mülayim hava gətirən küləyə
"ağ yel” deyirlər. Əslindəsə, "ağ yel-qara yel” bildiyimiz xəzri və gilavar küləkləridir. "Qara yel”
adlandırılan xəzridir - güclü şimal və şimal-şərq küləyidir. Dənizdən şəhərə doğru əsir. Bəzən sürəti
40-42 m-saniyəyə çatır. 1-3 sutka fasiləsiz əsə bilir, bəzən küləkli hava hətta 1 həftə də davam edir.
Xəzri küləyi havanı soyudan, özüylə qar, çovğun gətirən küləkdir. Gilavar isə şəhərdən dəniz
istiqamətində əsən mülayim cənub və cənub-şərq küləyidir ki, havanı istiləşdirir, soyuğu yumşaldır.
Dünəndən paytaxtda güclü şimal-qərb küləyi əsməkdədi. Bu haqda Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb. Departament həmişə, işi
gərəyi, proqnozlar verir və hava ilə bağlı əvvəlcədən xəbərdarlıq edir. Bir halda ki, havanın
necəliyinə dair xəbərdarlıq edilir, Bakının da bineyi-qədimdən küləyə "baş əydiyi” məlumdu, o
zaman aidiyyətli qurumlar niyə bu vəziyyəti gözə alıb, təhlükəsizliyin təmini üçün tədbirlər
görmürlər?
Reklam lövhələri də təhlükəlidir
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin rəhbəri Vüqar Tofiqli "Şərq”ə açıqlamasında şəhərdə kəskin soyuq və küləkli hava şəraiti zamanı şəhər infrastrukturunun ciddi ziyan görməməsi, eləcə də sakinlərin təhlükəsizliyinin təmini üçün bir sıra vacib işlərin həyata keçirilməli olduğunu dedi:
- Küləkli şəhərdə hər bir məsələyə ciddi diqqət edilməlidir. Ağaclardan tutmuş, elektrik dirəklərinə,
küçə lampalarına, reklam lövhələrinə qədər. Bir də görürsən, iri reklam lövhəsi yerə düşüb. Bu,
kiminsə başına da düşə bilər. Tikinti meydançalarında iş icraçıları xüsusilə diqqətli olmalı,
təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər. Tikinti və ya təmir işləri aparılırsa, binaların,
evlərin fasadı xüsusi örtüklə qapanmalıdır ki, daş parçaları, müxtəlif tikinti materialları küçəyə
tökülməsin. Evlərin pəncərələri möhkəmlənməlidir, eyvanda küləyin asanlıqla yerə ata biləcəyi,
uçura biləcəyi əşyaları qoymaq lazım deyil. Külək uçurar, birinin avtomobilinin üzərinə düşər,
kiminsə başına düşər. Bilirik ki, Bakı küləkli şəhərdir də. Buna uyğun davranmalıyıq. Bu işdə Bakı
şəhər İcra Hakimiyyəti də, y erli icra orqanları da, bələdiyyələr də fəal olmalıdır. Hər kəs öz
sahəsində ciddi məsuliyyət daşısın gərək.
Görürük ki, güclü küləklər zamanı ağaclar necə kökündən qopur. Burada artıq real təhlükə var. Ona
görə də yerli icra strukturları daim ərazilərdə monitorinqlər aparmalıdırlar. Harda ki, zədələnmiş,
kökündən quruyan ağaclar var, onların kəsilməsinə nail olmalıdırlar. Təkcə ağaclar təhlükə törətmir.
Reklam lövhələri, stendlər vurulanda da, elektrik dirəkləri quraşdırılanda, bayramlarla bağlı başqa
digər dekorasiyalar qurulursa, gərək diqqətli, ehtiyatlı olsunlar. İşləri texniki cəhətdən keyfiyyətli,
möhkəm həyata keçirsinlər. Biz ağacların budanmasının tez-tez şahidi oluruq. Müxtəlif ərazilərdə
budama işləri aparırlar, bəzən də ala-yarımçıq. Ağacların möhkəmliyinə də diqqət etməlidirlər. Elə
ağaclar var, açıq-aşkar görünür ki, ömrünü başa vurub, eləsi var, yola tərəf əyilib. Bu ağaclar
kəsilməlidir, əvəzinə cavan, möhkəm ağaclar əkilməlidir. Ümumiyyətlə, Bakıda küləyə davamlı
ağaclar əkilməlidir. Mən fikir verirəm, parklarda, bulvarda belə ağaclar əkilir. Amma diqqətdən
kənarda qalan ərazilər də var. Bəzi parklarda, xiyabanlarda təhlükəli ağaclar hələ də qalır. Lazım
olmayan yerdə ağacları budayırlar, amma o ağaclar ki, sanki bu dəqiqə qırılıb yerə düşəcək, onlara
fikir verən də yoxdu. Belə məsələlərdə Ekologiya Nazirliyi də tövsiyələrini verməlidir. Parklar
salınarkən məsləhət verilməlidir ki, küləyə dözümlü ağaclar əkilsin ki, qırılıb camaatın başına
düşməsin.
Fikir verirəm ki, xan çinarlar, palıdlar şəhərdə azdır. Niyə? Bunlar çox su tələb etməyən, möhkəm,
dözümlü, küləyə davamlı ağaclardı. Sadəcə, xidmət tələb edir. Dekorativ ağaclar əkilir, bəzək üçün,
gözəllik üçün. Xan çinar, palıd isə həm gözəllik verər, həm də atmosferi təmizləyər. Şəhərin
yaşıllaşdırılması, yaşıllıqlara qulluq şəhər infrastrukturunun tərkib hissəsidir. Asfalt salınmasına,
binaların tikintisinə diqqət olduğu kimi, ağaclara da qulluq edilməlidir.
Məlahət Rzayeva