Ağcabədi sakini “Coca-cola” içib öldü




Ağcabədi rayonunda zəhərlənmə hadisəsi baş verib.  Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, mayın 17-də Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov "Coca-cola” içkisindən zəhərlənmə ilə xəstəxanaya gətirilib. O, mayın 18-də xəstəxanada ölüb.
Araşdırma aparılır.