Ağdamda qəzalı vəziyyətə düşən evlərin tikintisi başa çatır
11:05 04.03.2019
Arxiv
514
Ağdamda Ermənistan hərbi birləşmələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində qəzalı vəziyyətə düşən evlərin bərpası davam edir.
Ağdam Rayon İcra Hakimiyyətinin şöbə müdiri Abduləli Mehdiyev ONA-nın Qarabağ bürosuna bildirib ki, İcra Hakimiyyətində yaradılan komissiya tərəfindən rayonun Əfətli, Qaradağlı, Zəngişalı Çəmənli, Sarıcalı, Əhmədağalı və Qərvənd kənd ərazi nümayəndəliklərində ümumilikdə 18 kənddə 80-ə yaxın ev yenidən tikilir. Təzəkənd ərazi nümayəndəliyində qəzalı vəziyyətdə olan evlərin tikintisinə isə hələ başlanılmayıb: "Ağdamın bütün kəndlərində insanlar müharibə şəraitində yaşayır. Kəndə düşən mərmilər nəticəsində bəzən dinc əhali arasında ölən və yaralanan olur, evlər zərər görür, qəzalı vəziyyətə düşür. Bunun nəticəsində əhaliyə on minlərlə manat ziyan dəyir. Dövlətimiz tərəfindən evləri qəzalı vəziyyətə düşən sakinlərə yardım göstərilir. Hazırda yenidən qurulan evlərin çoxunda son tamamlama işləri aparılır. Tikinti işlərinə yerli sakinlər cəlb olunub. Onlar həm öz evini tikir, həm də çalışdıqlarının müqabilində əmək haqqı alırlar. Fərdi yaşayış evlərin tikintisi ilə yanaşı bütün evlərin qaz, işıq, su və rabitə xətləri yenidən qurulacaq. Bunların hamısı dövlət vəsaiti hesabına aparılır.”
Qeyd edək ki, ermənilərin yaşayış məntəqələrini ağır artilleriyalardan atəşə tutması nəticəsində mülki əhaliyə dəyən ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpasına 3 milyon manat vəsait ayırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm
Dünyanın ən qısa təyyarə reysi - Cəmi 53 saniyə çəkir
15:31 22.05.2026
Dünya
SEPAH: Hörmüz boğazından 35 gəmi keçib
15:27 22.05.2026
Dünya
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
15:02 22.05.2026
Gündəm