Ahmedinejadı yıxan ölüm: Anasından qabaq özü uzandı məzara

Keçmiş İran prezidenti Mahmud Ahmedinejadın keçdiyimiz gün həyatını itirən anasının cənazə mərasimi dünən təşkil edildi.
Ahmedinecadı anasının cənazəsində yoldaşları və xalq tək buraxmadı. Minlərlə adamın qatıldığı cənazə mərasimində bir zamanlar dünyaya meydan oxuyan Ahmedinejadın anasının məzarı başında gözyaşlarına boğulduğu göründü.
Ahmedinejad anasının matəmini gizlətmədi, anasından əvvəl məzara girib yatdı. Ahmedinejadın bu hərəkəti ictimai mediada səs gətirdi. İstifadəçilər məzara girən liderin fotoşəkilini paylaşdı, "Ahmedinejadın böyük itkisi" deyə şərh olundu.