Akif Çovdarov ürək xəstəliklərindən əziyyət çəkir






Ləğv edilmiş edilmiş MTN-də nazir müavini olan, general Akif Çovdarovda tapılmış xəstəliklər bəlli olub.
Bu barədə Lent.az-a Akif Çovdarovun vəkili Sadiq Rəsulov deyib. Vəkilin sözlərinə görə, Akif Çovdarovun səhhətində ciddi problemlər var. O, ürək xəstəliklərindən əziyyət çəkir: "Akif Çovdarova ürəyin işemik çatışmazlığı, ürəyin ritmik pozğunluğu, ürək aritmiyası kimi diaqnozlar qoyulub. Bunlar rəsmi diaqnozlardır".