“AKKORD” şirkətinin inşa etdiyi yaşayış binasında yanğın olub




Dekabrın 24-də Abşeron rayonunda "AKKORD” şirkəti tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən 11-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 9 p.m. yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 19:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.