AKP hakimiyyəti MHP-ni parçalamaq istəyir
20:18 26.05.2016
Arxiv
466
Qabil Hüseynli: “Amma bu baş tutmayacaq. Çünki partiyanın əsas yaradıcıları və əksəriyyət Dövlət Baxçalının ətrafında cəmlənib”
Türkiyədə əsas müxalifət partiyalardan hesab olunan Milliyətçi Hərəkat Partiyasının növbəti qurultayının tarixi bəlli olub. MHP sədri Dövlət Baxçalı müzakirələrə son nöqtəni qoyub və 10 iyulda qurultayın keçiriləcəyini bəyan edib: "Qurultay xalqın gözü qarşısında keçiriləcək. Kim istəyirsə, partiya rəhbərliyinə namizədliyini verə bilər. Amma bilsin ki, o, şəxsən mənimlə yarışacaq. Bütün iddialara növbə ilə baxılacaq”.
Xatırladaq ki, tanınmış millətçilərdən Meral Akşener, Sinan Oğan, Koray Aydın başqanlığa iddia edənlər arasındadır. Onlar açıq şəkildə Dövlət Baxçalıya qarşı mübarizə aparırlar. Ekspertlər növbəti qurultayın gərgin keçəcəyini, millətçilərin parçalana biləcəyini iddia edirlər.
Millətçilər arasındakı qarşıdurmaya münasibət bildirən politoloq Qabil Hüseynli "Şərq”ə verdiyi açıqlamada MHP-ni parçalamaq istəyən qüvvələrin olduğunu deyib. Ekspertin fikrincə, həmin qüvvələr hakimiyyət tərəfindən stimullaşdırılır: "MHP Türkiyənin əsas millətçi partiyasıdır və kürd separatizminə qarşı ən sərt şəkildə mübarizə aparır. Amma təəssüflər olsun ki, partiyada təxribatçı siyasi qüvvələrə alət olan millətçilər var. Sədrliyə iddialı olan Meral Akşener heç vaxt millətçi ola bilməz. Çünki o xanım millətçilik məktəbini keçməyib. Məncə, Akşener xarici qüvvələrin təsiriylə Dövlət Baxçalıya baş qaldırıb. Sinan Oğan isə azərbaycanlıdır, şəxsən tanıdığım və çox hörmət etdiyim bir adamdır. Amma o, deputat seçilmədikdən sonra rəhbərliyə bayraq açdı. İndi Sinan Oğanı partiyadaxili separatizmin əsas nümunəsi kimi qəbul edirəm. Digər namizədlərdən Koray Aydın isə vaxtı ilə koalisiya hökumətində yol tikintisi naziri olub. Lakin maxinasiyalarda, ciddi pul mənimsəmələrində adı hallandığı üçün vəzifəsindən azad edilib”. Q.Hüseynli bildirib ki, partiyaya rəhbərlik iddiasında olan şəxslər Dövlət Baxçalı kimi dürüst adam olmalıdır: "Düzdür, Baxçalının nöqsanları var, amma o ömründə bir stəkan haram su içməyib. Digər siyasətçilər kimi "qarın davası” aparmayıb, hər zaman ideya adamı olub. Çox təəssüflər olsun ki, indi siyasi partiyaların bir çox iri maliyyə kapitalları tərəfindən idarə olunur. Bundan istifadə edən bəzi qüvvələr MHP-nin imicinə zərbə vurmaq, partiyanı parçalamaq istəyirlər. Amma bu baş tutmayacaq. Çünki partiyanın əsas yaradıcıları və əksəriyyət Dövlət Baxçalının ətrafında cəmlənib”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə