Aldatdılar: Həm həyat yoldaşından, həm də böyrəydən oldu





Balıkesirin Bigadiç qəsəbəsində çalışan 30 yaşındakı Onur Sarı, qayınanasına bir böyrəyini verməsinə baxmayaraq həyat yoldaşının onu tərk etdiyini söyləyərək, "Həm böyrəyimdən, həm də həyat yoldaşımdan oldum” deyir.

10 ildir xroniki böyrək çatışmazlığı xəstəsi olan və həftədə 3 gün dializə girən 40 yaşındakı Yetər Sanar, Antaliyadakı Aralıq dənizi Universiteti Orqan Nəqli Mərkəzində böyrək nəqli üçün növbəyə yazıldı. Sanarın vəziyyətinin ciddi olduğunun bildirilməsi üzərinə edilən araşdırmalarda, ailədə donor tapıla bilmədi. Kürəkəni Onur Sarının donor olacağını ifadə etməsi üzərinə edilən testlərdə, toxuma və qan qrupunun uyğun olduğu görüldü. Bundan sonra 23 noyabr 2013-cü ildə nəql reallaşdırıldı.

Qayınanasına bir böyrəyini bağışladıqdan sonra həyat yoldaşı və 3 yaşındakı oğulu Mərd ilə birlikdə Balıkesirə döndüyünü izah edən Onur Sarı, "Qayınanam da müalicəsinin ardından məmləkəti Qaziantəpə getdi. Nəqldən 8 ay sonra 22 yaşındakı həyat yoldaşım Adile Sarı, "Anam xəstələnmiş məni çağırır” dedi.

Dərhal arvadımı və uşağımı Qaziantəpə göndərdim. Arvadım 15-20 gün sonra telefonla axtarıb "Mən gəlməyəcəyəm”, dedi. Anasını telefona istədim, "Nə səbəbə göndərmirsən. Sən xəstəsən deyə həyat yoldaşımı və uşağımı göndərdim” dedim. Arvadımın rəftarları da mənfi olunca oyuna düşdüyümü anladım” deyə danışdı.