İşçi qrupunun yaradılmasında məqsəd ilk növbədə vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır
Alınmasa vurulacaq...
08:51 20.02.2019
Arxiv
620
Əvvəl hürküdücü vasitələrdən istifadə olunacaq
İşçi qrupunun yaradılmasında məqsəd ilk növbədə vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır
İşçi qrupunun yaradılmasında məqsəd ilk növbədə vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır
Goranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında işçi qrup yaradılıb.
Nazirlikdən verilən məlumata görə, ETSN-in və "Azərovçu” İctimai Birliyinin əməkdaşlarından ibarət işçi qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədi ilə sözügedən ərazini nəzarətə götürərək vəhşi heyvanların sayının tənzimlənməsi ilə bağlı tədbirlər görür.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova yeni işçi qrupunun hansı formada fəaliyyət göstərəcəyi ilə bağlı "Şərq”ə danışıb. Onun sözlərinə görə, işçi qrupunun yaradılmasında məqsəd ilk növbədə vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır:
"Təhlükəli məqamlar zamanı yaradılan qruplar əvvəlcə hürküdücü vasitələrdən istifadə etməklə vəhşi heyvanları uzaqlaşdırmağa çalışacaqlar. Əsas tədbirlərdən biri budur. Hansısa heyvan insan həyatı üçün təhlükə yaradırsa, onun üzərinə hücum edirsə, həmin heyvan özünü müdafiə kimi vurula bilər. Belə halda heyvanı vuran şəxsə qanun pozuntusu şamil edilmir. Məlumdur ki, qoşulduğumuz konvensiyaya görə canavarları vurmaq qadağandır.
Amma insanlar özləri hansısa vəhşi heyvanı təqib edib öldürürsə, cərimə tətbiq edilə bilər. Lakin vəhşi heyvan sakinlərə hücum edirsə, ilk növbədə vətəndaşlar nazirliyə müraciət edirlər. Nazirlik tərəfindən yaradılan işçi qrup müəyyən ərazilərdə reydlərə başlayır və reydlər zamanı tez-tez təhlükəli halların təkrar olunduğunu görürlərsə, heyvanlara hürküdücü vasitələr tətbiq edib ərazidən uzaqlaşdırmağa çalışırlar”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya