Allahın möcüzəsi: Ayı itən 3 yaşlı uşağı mağarasında 2 gün qorudu - Fotolar

Amerikanın şərqində yerləşən Şimali Karolina ştatının da Ernül əyalətində yanvarın 22-də meşədə itən 3 yaşlı oğlan uşağı Kaziy Hetvey sağ tapılıb.
"Sherg.az"" www.nouvelobs.com" saytına istinadən xəbər verir ki, uşağı qonur ayı öz mağarasına aparaq onu bərk şaxtadan və digər təhlükələrdən qoruyub.
Belə ki, yanvarın 22-də itən uşaq 2 gün sonra polis tərəfindən meşədə sağ tapılıb.
Məlumata görə, K. Hetvey ötən həftənin 2-ci günü nənəsi gilin Ernüldəki meşəyə yaxın evlərində olub və o uşaqlarla oynayarkən yox çıxıb. Həmin ərazidə çoxlu sayda qonur ayının olduğu bildirilir.
Uşağın tapılmasına cəlb olunan asayiş qüvvələrinin verdiyi məlumata görə, uşağı axtardıqları gecə havanın temperaturu 0 dərəcənin altında olub. Və onlar uşaqla bağlı hər hansı bir iz tapa bilməyəndə onun haradasa soyuqdan donaraq öldüyü qənaətinə gəliblər.
"The Guardian" yazır ki, uşağın axtarışına cəlb olunan xüsusi xidmət qüvvələrindən verilən məlumata görə,onun tapılması, üçün havaya helikopter və dronlar qaldırıblar, lakin uşağı tapmaq yenə də mümkün olmayıb: 
"Ötən həftənin 3-cü gün yağış və külək o qədər güclü idi ki, axtarış qüvvələri heç bir nəticə əldə edə bilmədilər. Amma 4-cü gün uşaq meşədə yorğun halda tapılıb,amma səhhətində heç bir narahatlıq yox idi".
K. Hetveyin xalası Brian Hetvey öz feysbuk səhifəsində yazıb ki, bu, K. Hetvey və onun ailəsinin, yaxınlarının başına gələn ilk qeyri-adi hadisədir: 
"K. Hetvey deyir ki, son iki gününü ayı ilə mağarada keçirib. Allah Kaziyi qorumaq üçün ona bir dost göndərib. Allah həmişə mərhəmətlidir. Həyat möcüzələrlə doludur".
Uşağın axtarışı ilə bağlı yaradılan qərargahın rəhbəri Şip Haqe isə bunları bildirib: 
"Uşağın zöü ilə danışdıq, O mənə söylədi ki, meşədə özünə bir dost tapıb, bu dost da ayı olub".
Tərcümə etdi: Ayyət Əhməd