Almaniya səfərdə Hollandiya millisini məğlub edib





 AÇ-2020-nin seçmə mərhələsində 2-ci tur baş tutub. 4 qrupda 10 oyun keçirilib.

Millimizin yer aldığı E qrupunda 2 görüş olub. Yığmamızın istirahət etdiyi turda Slovakiya səfərdə Uelsin qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Bu qrupun digər oyununda isə Macarıstan evdə Xorvatiyanı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

C qrupunun maraqla gözlənilən görüşündə Almaniya səfərdə Hollandiya millisi ilə üz-üzə gəlib. Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunda qonaqlar seviniblər. (Qol.az)

G qrupunun Polşa – Latviya matçı isə meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb. Oyunu azərbaycanlı hakimlər idarə ediblər. Matçın baş hakimi FİFA referisi Əliyar Ağayev olub.


AÇ-2020-nin seçmə mərhələsi

24 mart

C qrupu

23:45. Hollandiya – Almaniya - 2:3
Qollar: L. Sane, 15 (0:1), S. Qnabri, 34 (0:2), M. de Liqt, 48 (1:2), M. Depay, 64 (2:2), N. Şults, 90 (2:3)
Amsterdam. "Yohan Kroyff Arena”

23:45. Şimali İrlandiya – Belarus - 2:1
Qollar: C. Evans, 30 (1:0), İ. Staseviç, 33 (1:1), C. Maqennis, 87 (2:1)
Belfast. "Vindzor Park” stadionu