Almaniyada Reyn çayına görə əhali evakuasiya edilir
10:03 16.07.2021
Arxiv
499
Almaniyada aramsız yağış çaylarda suyun səviyyəsinin artmasına səbəb olub.
“Report”un Avropa bürosunun məlumatına görə, Reyn çayının keçdiyi Şimali Reyn Vestfaliya əyalətininin Köln, Düsseldrof kimi böyük şəhərlərində çay sahilinə yaxın yerləşən evlərdə yaşayan sakinlər bu gün səhər saatlarında ərazidən evakuasiya edilməyə başlayıblar.
Onlar şəhərin müxtəlif ərazilərində qurulan və Almaniya Qırmızı Xaç Cəmiyyətinə aid müvəqqəti düşərgələrə yerləşdiriləcəklər.
Köln və Düsseldorf şəhər bələdiyyəsindən bildirilib ki, bu gün və sabah çayda suyun səviyyəsinin 8 metri keçəcəyi gözlənilir.
“Əhaliyə müraciət etmişik. Hər kəs təcili evini tərk edib, göstərilən ünvanlardakı düşərgələrə gəlməlidir. Suyun səviyyəsi qalxandan sonra evakuasiya işləri çətinləşəcək. Bu daha çox xilasedici, daha çox texnikanın ərazilərə cəlb olunması deməkdir” - deyə, Köln bələdiyyəsindən bildirilib.
Reyn çayında suyun səviyyəsinin qalxması nəqliyyatın hərəkətini də iflic edib. Köln-Koblenz şəhərləri arasındakı dəmir yollarının su altında qalması bu istiqamətdə olan səfərlərin təxirə salınması ilə nəticələnib. Almaniya Dəmir Yollarından bildirilib ki, mövcud vəziyyətlə əlaqədər xəttə alternativ olaraq avtobuslar çıxarılıb.
Reyn çayı ilə hərəkət edən yük gəmilərinin hərəkəti də selin ətirdiyi ağac kötükləri səbəbindən çətinləşib.
Məlumat üçün bildirək ki, Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı 80 nəfərə yüksəlib. 1300 nəfər barəsində polisə itkin düşdüyü məlumatı verilib.
Hazıda bəzi ərzilərdə havanın yağıntısız olması səbəbindən dəymiş ziyanın hesablanması üçün əyalət baş nazirliyinə tabe olan qurumların əməkdaşları araşdırmalar aparırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial