Amerika son 1500 ilin ən qızmar istisini yaşayır




Amerikada iqlim dəyişməsi nəticəsində orta temperatur sürətlə və nəzərəçarpacaq səviyyədə yüksəlir və son illər müşahidə olunan iqlim istiləşməsi son 1500 ilin ən yüksək istiləşməsidir.

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə "Le New York Times" yazıb.Yazıda qeyd olunur ki, artıq amerikalılar bu iqlim dəyişilməsini aydın şəkildə hiss edirlər. Amma Tramp administrasiyası bununla bağlı hansısa sənəd və ya proqram qəbul etmir. 

Əksinə ABŞ ötən həftənin beşinci günü iqlim istiləşməsinə qarşı yaradıln "Paris razılaşması"ndan imtinanı təsdiqləyib. Bununla belə ABŞ hökuməti bu məsələ ilə bağlı beynəlxaıq danışıqlarda iştirak edəcəyini bəyan edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp öz seçicilərinə məlum razılaşmadan imtina edəcəyinə dair verdiyi vədinə əməl etdi. Belə ki ABŞ iqtisadi maraqlarını önə çəkərək 2015-ci ildə 195 ölkənin qatıldığı razılaşmadan imtina etdi. Bununla belə iqlim istiləşməsinə qarşı hələ ki, hansısa tədbirlə görülmür ki, bu da haqlı olaraq Amerika vətəndaşlarının narazılığıan səbəb olur.

Tərcümə etdi: Ayyət ƏHMƏD