"Amerikanın "maskası" düşüb, kimin nə ilə məşğul olması üzdədir” - Politoloq






"Qərb məkanında bir neçə dövləti çıxmaqla hər kəs ABŞ-ın terrora, İŞİD-ə dəstək verməsini qınayır”.

Bu sözləri "Sherg.az”a politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Rusiya qüvvələri havada, Suriya isə yerdə terrorçuları tərk silah etdikdən sonra qalan dəstələrin hamısını ABŞ evakuasiya etdi:

"Obamanın prezidentlik müddəti başa çatanda da Rəcəb Tayyip Ərdoğan açıq şəkildə ABŞ-ın terrora dəstək verdiyini bəyan etdi. Dünya mediasında həmin suçlamalar tirajlandı. Amerika bu məsələni ört-basdır etmək üçün müxtəlif yerdəyişmələr edir, ictimai fikri yayındırır.

Bəzi qruplar, ictimai qüvvələr çaşqın vəziyyətə düşüb ki, terrorla mübarizə aparılırsa, niyə birdəfəlik məsələ həll edilmir? Çünki həmin terrora dəstək verən qüvvələr var. Bu həm maliyyə dəstəyi, həm kəşfiyyat məlumatları, aerokosmik məlumatlar, həm də fiziki dəstək verilir. 

Bu imkanlar isə ABŞ-da var. Ona görə, Amerika rəhbərliyi cəmiyyətin fikrini yayındırmaq üçün zaman-zaman Türkiyənin əleyhinə çıxışlar edir. Amma artıq Amerikanın "maskası" düşüb, kimin nə ilə məşğul olması üzdədir”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Afrindəki hadisələrin diqqəti İŞİD-lə mübarizədən yayındırması haqqında bəyanat verib. Dövlət Departamentin rəsmi nümayəndəsi Xezer Nauert deyib ki, una baxmayaraq, ABŞ-ın Türkiyə hökuməti ilə səmərəli diskussiyası davam etməkdədir.

Aysel Aslan