Çingiz Qənizadə: “Ən azı 3500 məhkum cəzaçəkmə müəssisəsindən azad ediləcək”
Amnistiya təklifi alqışlanır
21:07 17.05.2016
Arxiv
696
Novella Cəfəroğlu: “İndiki məqamda buna çox böyük ehtiyac var”
Çingiz Qənizadə: “Ən azı 3500 məhkum cəzaçəkmə müəssisəsindən azad ediləcək”
Çingiz Qənizadə: “Ən azı 3500 məhkum cəzaçəkmə müəssisəsindən azad ediləcək”
Milli Məclisin dünənki iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva amnistiya təklifi ilə çıxış edib. M.Əliyeva 28 May Respublika günü münasibəti ilə belə bir amnistiyanın tətbiqinə ehtiyac olduğunu bildirib. Millət vəkilinin bu təklifinin parlamentin qarşıdakı iclasında müzakirə ediləcəyi gözlənilir.
Mehriban Əliyevanın amnistiya təklifini təqdirəlayiq hesab edən Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu təklifi alqışlamaqla yanaşı, indiki məqamda belə bir amnistiyaya ciddi ehtiyac olduğunu vurğulayıb: "Bu təklifi alqışlayıram və hesab edirəm ki, indiki məqamda buna çox böyük ehtiyac var. Çünki həbsxanalar məhbuslarla doludur. Cəzasının qurtarmasına 3-4 ay qalan məhbusların azad edilməsi məqsədəuyğun olar. Budəfəki amnistiyada isə cəzasının qurtarmasına bir il qalan məhbusların da azad edilməsi gözlənilir. Hesab edirəm ki, hər zaman olduğu kimi bu dəfə də amnistiya təşəbbüsü humanist bir addım kimi təqdir edilməlidir”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə də birinci xanımın təşəbbüsünü yüksək qiymətləndirdiyini deyib: "Çoxdan gözlənilən addım idi ki, bunu da Mehriban xanım atdı. Buna görə də çox sağ olsun”. Millət vəkilinin dediyinə görə, amnistiyanın 10 min məhkumu əhatə etməsi gözlənilir: "Ən azı 3500 məhkum cəzaçəkmə müəssisəsindən azad ediləcək. Digərləri də müəyyən cəzalar almış olacaq. Ümumilikdə 10 min məhkum çox böyük rəqəmdir. Hesab edirəm ki, bu, yüz minlərlə insanın sevinci deməkdir. Çünki hər bir məhkumun arxasında yüzlərlə qohumu, qardaşı, dostu-tanışı var. Hesab edirəm ki, bu humanist addım alqışlanmalıdır”.
Konkret olaraq kimlərin azadlığa çıxacağı məsələsinə gəldikdə isə millət vəkili deyib ki, amnistiya qanundur: "Bu qanunun tələblərinə kimlər düşəcəksə, onlar da azad olunacaq. Hesab edirəm ki, 10 min məhkumun içərisində kimisə axtarmaq əbəsdir. Onlar Azərbaycan vətəndaşları olacaq, bir hissəsi də xarici ölkənin vətəndaşları”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə