Ana dedi atıl, oğul da atıldı...

Dama çıxan gənc psixoloqları da eşitmədi



Manisada dama çıxan gənc, anasını tələb etdi və hər şey də bundan sonra başladı. İddiaya görə, istifadə etdiyi narkotik maddənin təsiriylə yaşadığı binanın 5-ci mərtəbəsinə çıxıb intihara cəhd etdi.

İsmayıl E., onu razı salmağa çalışan polislərə və psixoloqlara "Bir şərtlə enərəm, o da anamın bura gəlməsini istəyirəm. Onun üzünü görüm, dərhal enəcəyəm” deyib. Polis, gəncin istəyini nəzərə alaraq bəzi cinayətlərdə suçlanan və Manisa Ədliyyəsində işlədilən ana Ayşegül E.ı hadisə yerinə gətirdi. Ayşegül E., oğulunu damda görüncə "Nədir səndən çəkdiyim. Atıl, sən də, mən də çanımızı qurtaraq " deyib. Bunu eşidən İsmayıl E. özünü boşluğa buraxıb. Manisa Böyükşəhər Bələdiyyəsi Xilasetmə qruplarının açdığı hava yastığına düşən gənc ölümdən xilas oldu. Hadisə yerində hazır olan 112 Təcili sağlamlıq qruplarının müdaxiləsindən sonra İsmayıl E. Manisa xəstəxanasına çatdırıldı.

Oğulunu yerdə hərəkətsiz görən ana Ayşegül E. fəryadlar qopardı və onu güclə sakitləşdirdilər. Polis hadisə ilə əlaqədar araşdırmaya başlayıb.