Ankarada ələ keçirilib: 1 milyon dollara satışa çıxarıb





 Ankarada polisin təşkil etdiyi əməliyyatda, Osmanlı dövrünə aid və kəhanət öyrənmək üçün istifadə edildiyi ifadə edilən "göykürə" ələ keçirilib. Əməliyyat zamanı nəzarətə alınan A.K.ın "göykürə"ni 1 milyon dollara satışa çıxardığı bildirilir.

A. K. adlı şübhəlinin evində aparılan axtarışda, Osmanlı dövrünə aid olduğu ifadə edilən, üzərində insan və heyvan fiqurları olan və müxtəlif dillərdə yazıların yer aldığı "göykürə" və 28 ədəd sikkə ələ keçirilib. Hadisə ilə əlaqədar nəzarətə alınan A.K.ın "göykürə"ni 1 milyon dollara satışa çıxardığı öyrənilib. Şübhəli A. K., təhlükəsizlikdəki ifadəsindən sonra ədliyyəyə sövq edilib.