Ankarada qatar qəzasının SƏBƏBİ açıqlandı - 4 ölü, 43 yaralı





Türkiyənin Ankara şəhərində qatar qəzasının səbəbi açıqlanıb.

Trend-in məlumatına görə, Ankara valisi Vasip Şahin sürət qatarının şəhər ətrafına gedən qatarlardan biri ilə toqquşduğunu bildirib.

Hadisə nəticəsində 4 nəfər ölüb, 43 nəfər yaralanıb.