“Aprel döyüşlərini təkrarlamaq lazımdır”




"Aprel döyüşlərini təkrarlamaq lazımdır”.

Bunu Sherg.az-a Ermənistan xarici işlər naziri Edvard Nalbəndyannın Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada gözlənilən və Bakıdan anons edilən görüşdən imtina etməsinə münasibət bildirərkən millət vəkili Aqil Abbas deyib. 

Deputat ayrı sözə ehtiyac olmadığını qeyd edib:

"Avropa, dünya birliyi, onların mövqeyi mənasızdır. ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlar baş aldadan qurumlardır. Sadəcə, aprel döyüşlərini yenidən təkrarlamaq lazımdır”.

Qeyd edək ki, Ermənistan tərəfi belə görüş üçün rəsmi razılıq olmadığını bildirib.

Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün təşkili təşəbbüsü Moskvadan gəlib. Ən azından ötən ay Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı ilə görüşdən sonra demişdi ki, S.Lavrov belə görüşün baş tutması təşəbbüsünü dəstəkləyir. Erməni tərəfi isə bu məsələnin üstündən sükutla keçməyə üstünlük verib.

Ayyət Əhməd