Aprelin 24-ü yaxınlaşdıqca, rəsmi Ankaraya qarşı təzyiqlər artacaq
20:09 11.02.2015
Arxiv
631
Belə bir məqamda qardaş ölkə daxilində iqtidar-müxalifət çəkişməsinin başlaması yaxşı hal deyil
Türkiyənin Baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısındakı çıxışında erməni lobbisindən danışıb. O bildirib ki, 24 aprel yaxınlaşır deyə, dünyada erməni lobbiləri hərəkətə keçiblər:
"Biz də bəyan edirik ki, bütün lobbilərin qarşısında dayanmağa davam edəcəyik”. Bundan başqa, baş nazir ölkəsinin aparıcı müxalif partiyalarının ünvanına da ağır ittihamlar səsləndirib. Hökumət rəsmisi müxalifət liderlərindən olan Kamal Kılıçdaroğlunu Fətulla Gülənlə əlbir olmaqda təqsirləndirib. Davudoğlu Kılıçdaroğlunun çıxışlarının Fətullah Gülənin "Nyu-York Times” qəzetində dərc edilən məqalələri ilə eyni olmasına da diqqət çəkib: "Diqqət yetirin, "Nyu-York Times”də dərc olunan məqalədə müsəlman olmayan azlıqların haqlarının pozulduğu iddia edilir”. Bu arada qeyd edək ki, bu günlərdə "Milliyyət” qəzetinə müsahibəsində qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da F.Gülənlə bağlı fikirlər irəli sürüb. Ərdoğan söyləyib ki, Gülən hərəkatı Türkiyəyə PKK-dan daha böyük zərər endirir”.
Baş nazirin çağırışını şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında vurğulayıb ki, aprelin 24-ü yaxınlaşdıqca, rəsmi Ankaraya qarşı təzyiqlər artacaq. Ekspertin qənaətincə, erməni lobbisi fəaliyyətə başlayıb: "İrəvanda böyük toplantı keçirməyi planlaşdırırlar. Dəvətnamələri paylamaqla məşğuldurlar. Bəzi ölkələr yenə də Türkiyə əleyhinə qanunverici aktlar çıxarmağa hazırlaşırlar. Belə bir ərəfədə Türkiyə müqavimət göstərir. Ərdoğan çox maraqlı bir gediş etdi. Erməniləri qabaqlamaq məqsədilə aprelin 24-də Türkiyədə tədbir düzənləyəcəyini açıqladı. Çanaqqala savaşının yubileyi ilə bağlı bütün dövlət başçılarını ora dəvət etdi ki, erməni lobbisinin təxribatını zəiflətsin. Ərdoğanın addımı müəyyən effekt verib. Misal olaraq, Böyük Britaniyanın baş naziri İrəvana deyil, Türkiyəyə səfər edəcək. Çünki sözügedən savaşda ingilis əsgərləri də qətlə yetirilib və onların da xatirəsi anılacaq”.
Bununla yanaşı, politoloq hesab edir ki, belə bir məqamda qardaş ölkə daxilində iqtidar-müxalifət çəkişməsinin başlaması yaxşı hal deyil: "Bu, rəsmi Ankaranın xarici siyasətinə mənfi təsir göstərir. İndiki halda hakim partiya ölkə müxalifətinə qarşı ritorikalarını yumşaltmalıdır. Müxalifətin isə vəzifəsi odur ki, hakimiyyətin üzərinə əsassız ittihamlarla getməsin. Erməni lobbisinə qarşı mübarizədə müxalifətlə iqtidar vahid mövqedən çıxış etməlidir”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya