AQTA daha 6 iaşə obyektində pozuntular aşkarlayıb
14:04 08.09.2021
Arxiv
456
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 7-də ölkə üzrə 412 ictimai iaşə obyektində 694 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsində yerləşən, fiziki şəxs Məmmədov Namiq Elxan oğluna məxsus dönər evi;
2. Bakı şəhəri, Nərimanov rayonu, Y. V. Çəmənzəminli küç., ev 100 ünvanında yerləşən, fiziki şəxs Qubadov Elxan İlham oğluna məxsus “Okean” restoranı;
3. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küç., ev 38a ünvanında yerləşən, fiziki şəxs Aslanov Rafiqə məxsus kafe;
4. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., ev 5 ünvanında yerləşən, fiziki şəxs Alcanov Sənan Maarif oğluna məxsus “Park” kafesi;
5. Bakı şəhəri, Xətai rayonu, Nobel pr.15 ünvanında yerləşən, fiziki şəxs Nana Kıknadzeyə məxsus restoran;
6. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Sülh küçəsi 4C ünvanında yerləşən, fiziki şəxs Xəlilov Elnur Təngiz oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks