AQTA-dan ictimai iaşə müəssisələrinin sahiblərinə XƏBƏRDARLIQ
10:11 13.09.2019
Arxiv
471
Qida Təhlükəsizliyi Agentliyinin məlumatları əsasında Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarının həyata keçirdiyi tədbirlər zamanı Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonunda 40 tona yaxın mənşəyi məlum olmayan, istifadəyə yararsız ətin aşkarlanması bu istiqamətdə qanunsuz halların hələ də mövcud olduğunu sübut edir.
AQTA-nın mətbuat xidmətindən verilən məlumata görə, aşkarlanan qanunsuz hallarla bağlı agentlik kompleks tədbirlərin miqyasını genişləndirib və qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinə, ictimai iaşə obyektlərinə və heyvan mənşəli məhsulların emalı sahələrinə həyata keçirilən nəzarət tədbirlərin - reydlərin sayını artırıb.
Bununla bağlı agentlik bir daha ictimai iaşə və heyvan mənşəli məhsullarının emalı müəssisələrinin sahiblərinə xəbərdarlıq edərək bildirir ki, baytarlıq nəzarətindən keçməmiş heyvan mənşəli məhsullardan istifadə olunması ilə bağlı hər hansı bir fakt aşkarlandıqda qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək. Eyni zamanda istehlakçılara tövsiyə olunur ki, ictimai iaşə, satış və digər məkanlarda heyvan mənşəli məhsullar alarkən məhsulun baytarlıq nəzarətindən keçdiyini sübut edən sənədləri tələb etsinlər və mənşəyi məlum olmayan bu tipli qida məhsullarının istehlakına yol verməsinlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm