Araz Əlizadə həmkarı ilə razılaşmır:"Sonuncu döşəyi də kazinoda oynayacaqlar”





"Azərbaycanda kazinolar ancaq ailələrə bədbəxtlik gətirir”.

Bunu "Sherg.az”a millət vəkili Fazil Mustafanın bir neçə regionda kazinoların fəaliyyətini leqallaşdırmaq haqqında təklifinə münasibət bildirərkən deputat Araz Əlizadə deyib. 

O vurğulayıb ki, Azərbaycanda kazinolar olan zaman çoxlu sayda yaxşı ailələr "iflic” oldular:

"Bu xəstəlikdir. Millət vəkilinin təklif etdiyi regionlar xaricilər üçün nəzərdə tutulub. Kazinoları leqallaşdırsaq, ora ancaq xaricilər getməlidir. Çünki bizdə o dəqiqə insanlar kazinolara axışacaq, evindəki sonuncu döşəyi də çıxarıb, kazinoda oynayacaqlar”.

Qeyd edək ki, F.Mustafa Azərbaycanda kazinoların hansısa qapalı yerlərdə- əhalinin ümumi durumuna təsir etməyən məkanlarda təşkil olunmasının zərərinin olmayacağını bildirib. 
Deputatın fikrincə, bu, dövlət büdcəsi üçün əlverişli ola bilər: "Çünki bu sahədə olan vəsaitlərin başqa ölkələrə getməsi bir faktdır. Qumar cəmiyyət üçün zərərli bir məsələdir, amma bu, bir reallıqdır. Onsuz da büdcəyə topaz və başqa yerlərdən pul gedir. Burdan da büdcəyə vəsait daxil olacaq. Hər halda bu istiqamətdə düşünmək lazımdır”.

Aysel Aslan