Arif Əliyev TƏKLİF verdi: "Danışığını bilməyən deputatlara əxlaq dərsi keçmək lazımdır"





"Son iki ay bir daha göstərdi ki, bəzi deputatlar danışığını da bilmir. Ağızlarına gələni danışırlar, sonra da üzr istəyirlər". 

Bunu Sherg.az-a "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib. 

Onun sözlərinə görə, danışıq qabiliyyəti, düşüncə səviyyəsi bu cür olan adamların parlamentdə təmsil olunması gülüncdür: 

"Prinsipcə, deputatların daxili nizamnaməsi var. O nizamnamədəi bir çox məsələlər öz əksini tapıb. Amma indi bəzi deputatlarımız bu səviyyədədirlərsə, onlara nəinki əxlaq kodeksi öyrədilməli hətta bu sahədə dərs keçmək lazımdır".

Qeyd edək ki, Son zamanlar Milli Məclisdə təmsil olunan bir sıra deputatlar fikirlərini ifadə edərkən bilərəkdən ya da bilməyərəkdən bəzi yanlış ifadələr seçirlər ki, bu da cəmiyyətdə böyük səs-küy doğurur. Məhz buna görə, deputatların etik davranış qaydaları hazırlanır.

Ayyət Əhməd