AŞPA-da Sarksiyana qarşı etiraz aksiyası keçirildi





Azərbaycanın hüquq müdafiəçisi Əhməd Şahidov AŞPA-nın qış sessiyasında Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı zamanı ona qarşı səssiz etiraz aksiyası keçirib.

 SİA-nın verdiyi məlumata görə, Əhməd Şahidov Sarkisyan çıxış edərkən əlində Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun fotolarını tutub: 

"Mən əyləşən sektorda hamısı erməni idi, amma heç nə edə bilmədilər. Məsələyə AŞPA-nın təhlükəsizlik xidmətinin əməkdaşları qarışdı və məni zaldan çıxardılar. Sarkisyanın başını qaldırıb girovların fotolarına baxması bu mübarizəmizin boşuna getmədiyini göstərdi”.

O, Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Georgi Loqvinskiyə kəlbəcərli girovlarla bağlı ətraflı məlumat verdiyini qeyd edib.