AŞPA məruzəçiləri Azərbaycana iyunun ortalarında səfər edəcəklər




AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri iyunun ortalarında Azərbaycana səfər edəcəklər.
APA-nın məlumatına görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Twitter” səhifəsində yazıb.
O bildirib ki, bu gün Azərbaycanla bağlı müzakirələr keçirilib. Erməni işğalı və cinayətləri barədə vacib məlumatları çatdırdığını deyən S. Seyidov komitə üzvlərinin Azərbaycanın birinici xanımının irəli sürdüyü və parlament üzvləri tərəfindən qəbul edilən amnistiya aktını alqışladığını vurğulayıb. "Hətta Azərbaycanı tənqid edənlər belə irəliləyişin olduğunu etiraf etməlidir”, - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün AŞPA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələr keçirilir. Stefan Şennak aprelin 5-9-da Azərbaycana faktaraşdırıcı səfərinin yekunlarını təqdim edir.