"Associated Press” Azərbaycan XİN-in müraciətindən sonra Qarabağla bağlı materiala düzəliş edib






 Azərbaycan Xarici İşlər Nazirliyinin müraciətindən sonra "Associated Press” agentliyinin Vyana bürosu Dağlıq Qarabağla bağlı materiala düzəliş edib.
APA-nın məlumatına görə, material "Düzəliş” başlığı ilə yenidən dərc olunub.
Yazıda qeyd olunub ki, mayın 17-də işıq üzü görmüş məqalədə Dağlıq Qarabağın ərazisi səhvən 12 min kv. km göstərilib, halbuki bu rəqəm 4,4 min kv. km-dir.
XİN-in müraciətində materialda agentlik tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar işlədilmiş "dispute” (mübahisə) ifadəsinin münaqişə ilə əlaqədar tətbiq olunan terminologiyaya zidd olduğu bildirilib. Materialda başlıqdan həmin ifadə də çıxarılıb.