Astanada Xəzərin hüquqi statusuna dair işçi qrupunun iclası keçirilib
14:53 12.07.2016
Arxiv
585
İyulun 11-12-də Astanada Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə işçi qrupunun 46-cı iclası keçirilib.
APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Danışıqlara Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzə səfiri İqor Bradçikov, İran prezidentinin Xəzər məsələsi üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur, Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjalova və Türkmənistan prezidenti yanında Xəzər dənizi üzrə dövlət şirkətinin rəhbəri Mırat Atacanov qatılıb.
Açılış mərasimində Qazaxıstan xarici işlər naziri Yerlan İdrisov çıxış edib. O, Xəzər dənizi ölkələri xarici işlər nazirlərinin görüşü öncəsi Astana iclasının əhəmiyyətini qeyd edib, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın Astanada keçirilməsi planlaşdırılan 5-ci sammitdə imzalanması üçün tərəflərin maksimum səy göstərməsinin vacibliyini vurğulayıb.
İclasın əsas mövzusu xarici işlər nazirlərinin sabah keçiriləcək görüşünə hazırlıq olub.
İşçi qrupunun növbəti iclasının İranda keçirilməsi qərara alınıb.
Xatırladaq ki, Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının sabah Astanada keçiriləcək iclasında nazir Elmar Məmmədyarov da iştirak edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya