At belində PKK-ya qarşı döyüşürdülər, indi Türkiyəni tərk edirlər

Vanda yaşayan və bölgədəki PKK terroruna qarşı böyük bir vəzifə yerinə yetirən  qırğız türkləri, dolanışıq çətinlikləri səbəbiylə bölgəni tərk edir. "Milliyet" yazır ki, çətin təbiət şərtləri və baş verən xəstəlik səbəbiylə 1980-ci illərdə Əfqanıstandan köç etmək məcburiyyətində qalan və Vana yerləşən qırğız türkləri, bölgədəki PKK terroruna qarşı böyük bir vəzifə yerinə yetirərək  meşəbəyilik edir. Lakin, dolanışıq çətinlikləri və prixoloji təzyiq səbəbiylə bölgədən köç etmək məcburiyyətində qalırlar.
  TÜRKİYƏ VƏTƏNİMİZ
Qırğız Türkləri Mədəniyyət və Köməkləşmə Dərnəyi Ümumi Başçısı Kənan Aytaç, 1978-ci ildə Əfqanıstandan çıxaraq Türkiyəyə köç  etmək məcburiyyətində qaldıqlarını xatırladaraq, "1982-ci ildə Türkiyəyə gəldik. 1987-ci ildə Van Ercişə daşındıq. 30 ildir PKK ilə mübarizədə ön sıralarda  iştirak etdik. Türkiyəni vətənimiz bildik, vətənimiz üçün qanımızı verdik, verməyə də davam edəcəyik" dedi.
PRİXOLOJİ TƏZYİQ
Kənd meşəbəyiliyindən başqa hər hansı bir dolanışıq qaynaqları olmadığını dilə gətirən Aytaç, "Heyvandarlıq  üçün yaylaq olması şərtdir. Əkinçilik ilə məşğul olmaq üçün isə torpaq və ciddi bir məlumat lazımdır, lakin bizdə ikisi də yox. Ətrafımızda ciddi bir prixoloji təzyiq də var. Bu səbəblərlə kəndimizdə əhalinin  böyük hissəsi böyük ellərə və Qırğızıstana daşınmağa başlamışdır" deyə danışdı.
AT BELİNDƏ MEŞƏBƏYİLİK EDİRLƏR
Qırğız əslli türklərin yaşadığı Vanın Erciş mahalına bağlı Ulupamir kəndində,  hər evdə bir meşəbəyi var. At belində  bölgənin təhlükəsizliyini təmin edən qırğız türkləri çətin təbiət şərtləri və  xəstəliklər səbəbiylə 1980-ci illərdə Əfqanıstanın Pamir yaylasından Türkiyəyə köç etmişlər. Vanın Erciş mahalından 30 km uzaqlıqdakı Altındere mövqeyində "Ulupamir" adını verdikləri 300 ailəlik  kənddə həyatlarını 32 ildir davam etdirirdilər.