Ata qurbanları torpağa verildi

11 yaşındakı qız şahid olmuşdu, qaçıb canını qurtarmışdı
İzmirin Buca qəsəbəsində əri tərəfindən silahla vurularaq öldürülən qadın və 2 qızı torpağa verildi.
Hələ bilinməyən səbəbə görə mübahisə zəmnində "cinnət gətirən” Enver Özdəmirin (55), silahla vuraraq öldürdüyü arvadı Mekkiye (56), qızları Nəsrin Akbudak (35) və Duyğu Özdəmirin (32) cənazələri, yaxınları tərəfindən İzmir Ədli Tibb Təşkilatından alındıqdan sonra Kadifekale Hava Şəhidləri məscidinə gətirildi. Qar yağmuru səbəbiylə məscid içinə yan-yana qoyulan 3 cənazə, qılınan cənazə namazının ardından Qaynaqlar qəbiristanlığında torpağa verildi.
Hadisədə arvadı ilə 2 qızını silahla vuraraq öldürdükdən sonra intihara cəhd edən və aparılan xəstəxananın reanimasiya xidmətinə alınan Enver Özdəmirin həyati təhlükəsinin sürdüyü öyrənildi.
Hadisədə həyatını itirən, Nəsrin Akbudakın 11 yaşındakı qızı A.Ain də yaşananlara şahid olduğu, babasının hücumundan qonşularına qaçaraq xilas olduğu iddia edilmişdi.