Avro-2024-ə ev sahibliyi edəcək ölkə məlum oldu





2024-cü ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkənin adı açıqlanıb.

"Sherg.az" xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin iclasında Almaniyanın namizədliyi qəbul edilib.

Almaniyanın 12 şəhərində təşkil olunacaq Avropa çempionatında 24 komanda iştirak edəcək.

Qeyd edək ki, Avro-2024-ə digər namizəd ölkə Türkiyə idi.