"Avropa Parlamenti Ermənistandakı qanunsuzluqlara susur" - Münasibət

"Əslində ilk dəfə deyil ki, Ermənistandakı hadisələrə susulur. Tarix boyu Ermənistanda baş vermiş bütün qanunsuz hərəkətlər beynəlxalq qurumlar tərəfindən daim susqunluqla qarşılanıb”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Ekspert bildirib ki, təsəvvür edin, dekabrın ayının əvvəlindən Vahid Ermənistan Partiyası sədrinin müavini Mqer Yeqizaryan aclıq aksiyası keçirir. Buna baxmayaraq, Ermənistan hüquq müdafiəçiləri, Paşinyan başda olmaqla özünü demokrat adlandıran kəslər, eyni zamanda dünyada humanizmin və insan haqqlarının carçısı kimi çıxış edən "Freedom House” təşkilatı, ATƏT-in İnsan Haqqları Bürosu, Avropa Parlamenti və s. təşkilatlar susmağa üstünlük veriblər:
"Mən xatırlamıram ki, Qərb ölkələri Ermənistanda nə zamansa siyasi məhbus məsələsinə reaksiya veriblər. Son hadisə zamanı ölən şəxs açıq-aşkar siyasi məhbusdur. Yeqizaryan həm siyasətçi, həm də jurnalistdir və qərəzli şəkildə həbsə atılmışdı. O, diqqəti özünə çəkmək üçün aclıq aksiyasına başlamışdı, lakin bu hərəkəti ölümlə nəticələnmişdi. 2008-ci ildə İrəvanda kütləvi etirazlar zamanı onlarla şəxs həlak olub, amma Avropa Parlamenti susub. 
Təsəvvür edin, Azərbaycanda bu cür hadisə baş vermiş olsaydı, ölkəmizə qarşı necə hücuma keçərdilər?! Bu onu göstərir ki, ümumdünya erməni diasporası lobbi təşkilatları ilə birgə dünyanın əsas təsisatlarını ələ əalıblar. Avropa Parlamentində çalışan deputatlar, o cümlədən "Freedom House”dakı adamlar öz şəxsi mənafelərini düşünərək, Cənubi Qafqaz ölkələrinə qarşı ikili standartlarını davam etdirirlər”.
İsmayıl