Avropanın mərkəzində yüzlərlə soydaşımız Dilqəm və Şahbaza azadlıq tələb edəcək
12:08 22.02.2019
Arxiv
639
İri aç gözlərini Avropa! Ermənistanda aclıqdan ölən siyasi məhbusu, öz doğmalarının qəbirlərini ziyarətə gedən mülki insanlara verilən işgəncələri görübdə görməzliyə qapanan Avropa. Artıq pəncərənin qabağındayıq. Pəncərəni döyüb səndən hüquqi, obyektiv yanaşma tələb edirik. Bütün dünya dəqiq bilir ki, Dilqəm və Şahbaz doğmalarının öz ata-baba yurdlarında olan qəbirlərini ziyarət üçün getmişdi. Dilqəm girov götürüləndə 118 kilo çəkisi var idi, indi işgəncələr, qeyri-insani yanaşmalar "sayəsində” quru nəfəsi qalıb. Budurmu Avropanın demokratiyası, budurmu haqq-ədalət?
Bəs Ermənistanda ölən siyasi məhbus necə, onudamı görmədiniz? Bu bizi çox maraqlandırmır.
Bizi maraqlandıran torpaqlarımıza nə vaxt qayıdacağımızdır.
Bizi maraqlandıran Dilqəm və Şahbazın azadlığıdır. Bizi maraqlandıran Xocalıda qanı tökülən, qanına qəltan edilən sütül uşaqların haqqının tanınmasıdır.
Bizi maraqlandıran qadın, uşaq, qoca demədən hər kəsi süngüdən keçirən erməni quldurlarının vəhşiliyinə hüquqi qiymət verilməsidir. Və bizi maraqlandıran Ermənistanın beynəlxalq hüquqa hörmətlə yanaşmasıdır.
Buyurun, pəncərənizdən baxıb Dilqəmin, Şahbazın vəziyyətini görün, bəlkə bir az təsirlənəsiz. Bəlkə insan haqları, beynəlxalq prinsip, hüquq dediklərinizi Dilqəm və Şahbazın dünəni və bu günü ilə müqayisə edəsiz.
Qeyd edək ki, 20-dən çox ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının təşəbbüsü ilə fevralın 23-də yerli vaxtla saat 1400-1600 arasında Belçika Krallığının paytaxtı Brüssel şəhərində "Lüksemburq Palas”ın qarşısında Ümumavropa Qarabağ mitinqi keçiriləcək. Aksiyada əksər Avropa ölkələrində yaşayan soydaşlarımız, eləcə də Avropadan kənarda yaşayan yüzlərlə soydaşımızın, eləcə də Azərbaycana dost münasibəti bəsləyən xalqların diaspor üzvlərinin iştirakı gözlənilir.
Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilməsi nəzərdə tutulan mitinqdə "Qarabağa qayıtmaq istəyirik”, "Xocalıya ədalət!”, "Azərbaycan sülh istəyir”, "Günahsız körpələri öldürməyin!”, "Erməni yalanlarına dur de!”, "İşğalı dayandır” və s. şüarlar ilə Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış ediləcək, Dilqəm və Şahbaza azadlıq tələb olunacaq.
Eyni zamanda, aksiya zamanı minlərlə yerli şəhər sakinlərinə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri, Dilqəm və Şahbaza işgəncələrin verilməsini özündə əks etdirən broşürlər paylanılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə