AXCP-nin Rusiyadan qanunsuz yollarla maliyyələşməsi üzə çıxıb
16:07 29.01.2019
Arxiv
662
Bu gün Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında Elçin Əsgərbəyli, Cavid Məsimli, Tural Mehdixanov və Cavanşir Abışov şahid qismində dindirilmişlər.
Trend-in məlumatına görə, məhkəmə iclasında Cəmil Həsənli, Əli Kərimli, ABŞ və Rusiyanın ölkəmizdəki səfirliklərinin nümayəndələri, eləcə də KİV-lərin nümayəndələri iştirak edirdilər.
Elçin Əsgərbəyli məhkəmədə ifadəsində göstərmişdir ki, 1992-ci ilin mayından Rusiya vətəndaşlığını almışdır. Sankt Peterburq şəhərində icarəyə götürdüyü mağazada işləyərək ailəsini dolandırır. 2016-2017-ci illərdə tez-tez Sabirabad və ya Kürdəmir rayonundan olan Zaur adlı şəxs gəlirdi. Təxminən 2018-ci ilin əvvəllərində Zaur yanında sonradan tanıdığı AXCP-nin üzvü Aqil Məhərrəmovla onu tanış etdi. Aqil söhbət əsnasında AXCP-nin fəaliyyətindən, keçiriləcək mitinqlərdən danışır, partiya üzvü olan və olmayan bütün şəxslərdən maddi yardım topladıqlarını danışırdı.Aqil söhbət zamanı deyirdi ki, ona verəcəyim pul maddi yardım kimi partiya üzvlərinin ailələrinə kömək məqsədilə istifadə ediləcək. Həmçinin qeyd olunan pul toplanmasının partiya sədri Əli Kərimlinin məlumatı əsasında icra etdiyini deyirdi.Daha sonra Aqil ona Rusiyada yaşayan bir neçə şəxsin onlara mütəmadi olaraq maddi yardım etdiyini və həmin pullarıda qanunsuz yollarla Azərbaycana göndərdiyini dedi. Deyirdi ki, Azərbaycana göndərilən pul vəsaitləri nəzarətdə olduğu üçün pulu onlar başqa yollarla Azərbaycana göndərirlər. Aqil bildirirdi ki, pul əsasən AXCP-nin mitinqlərində texniki vasitələrin alınmasına xərclənəcək və həmin pullar əsasən Əli Kərimliyə veriləcəkdir.
E.Əsgərbəyli məhkəmədə ifadəsində dedi ki, telefonunda olan proqram vasitəsilə özünün "Sberbank” bankında olan hesabına daxil olaraq Aqilin verdiyi bank hesabına 15.000 rubl məbləğində pul köçürüb.
Bundan bir müddət sonra Rusiyada yaşayan azərbaycanlılardan Gədəbəy rayonunun əvvəllər icra başçısı işləmiş Saleh Rüstəmov adlı şəxsin Rusiyada yaşayan azərbaycanlılardan pul toplayıb AXCP və Əli Kərimliyə göndərməsi barədə xəbər tutmuşdur.
Aqil Məhərrəmova yalnız bir dəfə 15.000 rubl məbləğində pul verib və Adilə Məhərrəmovanın adına olan "Sberbank” hesabına göndərmişdir. Həmin pulu verməkdə məqsədi ehtiyacı olan ailələrə kömək etmək olmuşdur.
Cavid Məsimli ifadəsində göstərmişdir ki, atası 2005-ci ildən etibarən Moskva şəhərində işləyir, 2013-cü ildə atasının təklifi ilə işləmək üçün onun yanına getmiş və restoranda aşbaz işləmişdir.
"Facebook” sosial şəbəkəsindən istifadə etdiyindən "Aqil Əli Məhərrəm” adlı istifadəçi ilə dostlaşmışdır. Bir müddət sonra Aqil ondan 3000 rubl verməsini xahiş etmiş və o, həmin pulun necə və hara xərclənəcəyini soruşmüşdur. Aqil isə ona bank hesabı kodunu göndərib bildirmişdi ki, pul AXCP üçün lazımdır və pullar Əli Kərimliyə çatacaqdır.
2018-ci ilin may ayında 3000 rubl pulu Moskva şəhərində yerləşən "Sberbank” vasitəsi ilə Aqilin ona göndərdiyi bank koduna göndərmişdir.
Bundan sonra bir müddət "facebook” sosial şəbəkəsində xəbərlərə baxarkən Gədəbəy rayonunun əvvəllər icra başçısı işləmiş Saleh Rüstəmov adlı şəxsin Rusiyada yaşayan azərbaycanlılardan pul toplayıb AXCP və Əli Kərimliyə göndərməsi barədə xəbər tutmuşdur.
Cavanşir Abuşov ifadəsində bildirmişdir ki, 2018-ci ilin iyununda Moskvada yerləşən "Skarabey” bazarında işləyən azərbaycanlılardan ona məlum olmuşdur ki, Orxan Zeynalova köməklik adı ilə verilmiş hesaba toplanan pullar əslində Azərbaycan xalq cəbhəsi partiyasının Azərbaycan ərazisində mitinq və toplantılarının maliyyələşdirilməsi, partiya sədrinə maddi dəstək göstərilməsi məqsədilə toplanılmışdır. Eşitmişdir ki, Rusiyada azərbaycanlılardan nağd və bank vasitəsilə bu məqsədlə pullar toplanılmış və qanunsuz yolla Azərbaycana göndərilib.
Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual