İnsanları daim təlaşda saxlamaq üçün isə gah deyirlər 8 gün qaranlıq olacaq və dünya dağılacaq.
Belə şeylərdə də insanlar təlaşda olur, onların aktivlik dərəcəsi azalır və onları idarə etmək daha yaxşı olur
Adil Qeybulla: "Günəş və ay tutulması mistikdir. Sadəcə olaraq bu hadisə insanlarda müəyyən panika törədə bilər”
2017-ci ildə baş verəcək ay və günəş tutulmalarının vaxtı açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor
müavini Xıdır Mikayılov gələn il 2 ay və 2 günəş tutulması olacağını bildirib.
İlk ay tutulması fevralın 11 də baş verəcək. Saat 02:34-də başlayacaq, ay tutulması saat 04:43-də
maksimumda olacaq, saat 06:51 başa çatacaq. Avqustun 7-də isə ikinci ay tutulması gözlənilir.
Proses saat 21:23-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də isə başa
çatacaq.Günəş tutulmaları fevralın 26-da və avqustun 21-də olacaq. Fevralın 26-da günəş tutulması saat
16:12-də başlayacaq, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək. Avqustun 21-də
isə saat 19:47-də başlayacaq ikinci günəş tutulması saat 22:26-da maksimumda olacaq, saat
01:04-də isə başa çatacaq.
Bəzən baş verən tutulmalar insanlarda müəyyən dərəcədə təlaşlar yaradır. Lakin günəş və ay
tutulmasının insanın fizioloji həyatına, onların səhhətinə heç bir mənfi təsiri yoxdur.
Məsələni dəyərləndirən astroloq Səbuhi Rəhimli də "Şərq”ə açıqlamasında qeyri-adi və qorxulu heç bir
əlamətin olmadığını təsdiqləyib. O bildirib ki, tutulmalar nəticəsində sadəcə bir az atmosferin bioritmi pozula bilər:
"Çox təəssüf edirəm ki, insanlar elmi və astronomik biliklərdən, bu sahədə maariflənmədən çox uzaqdırlar. Bunun üçün də tutulmalara qeyri-adi yanaşırlar. Hər il minimum 4 tutulma olur. 2016-cı ildə martın 9-da və sentyabrın 1-də ay tutuldu, martın 22-də, sentyabrın 16-da isə günəş tutulmuşdu. Gün tutulması həm də müəyyən episentrdə 20 dəqiqə qaranlığa qərq olur. Burada qeyri-adi və qorxulu heç bir şey yoxdur. Ümumiyyətlə, tutulmalar 6 aydan bir olur. Atmosferdə və göy
sferasında planetar hərəkətdə ay müəyyən qədər günəşlə yerin arasına girir, kölgə salır. Yaxud
da yer ayla günəşin arasına girib kölgə salmağa başlayır. Bütün bunlar sadəcə adi bir astronomik
trayektoriyadı. İnsanlar bunu təlaşla qarşılayırlar, amma dünyanın hər yerində bu, adi qəbul
edilir. İnsanları daim təlaşda saxlamaq üçün isə gah deyirlər 8 gün qaranlıq olacaq və dünya
dağılacaq. Belə şeylərdə də insanlar təlaşda olur, onların aktivlik dərəcəsi azalır və onları idarə
etmək daha yaxşı olur. Bu zaman insan özünə qapılır və hərəkət eləmir. Dünya yaranandan belə
bir şey var bunu normal qarşılamaq lazımdır”.
Tibb elmləri doktoru Adil Qeybulla isə bu cür halların mifik və mistik olduğunu düşünür:
"Temperatur düşdükdə damarların sıxılması, qan cərəyanının artması kimi hallar baş verir.
Müəyyən dövr üçün bu reaksiyalar orqanizmdə var. Təbiət hadisələrinə gəldikdə isə, insan
təbiətlə yalnız öz bioenerjisi ilə təmasdadır. Yəni ona müxtəlif maqnit sahələrinin və iqlim
dəyişikliklərinin təsiri ola bilər. Amma göy cismlərinin hərəkəti yer üzündə biokimyəvi, biofiziki
və yaxud digər hallar yaratmırsa, insan orqanizminə onun xususi bir təsiri yoxdu, o cümlədən də
günəş və ay tutulmasının. Bu hadisələr daha çox mifik və mistik məsələlərdir. Bunların reallığa
aidiyyəti yoxdur. İnsanın hər hansı bir bürcdə doğulması, onun xarakterinin bürcə görə
formalaşması tam mistik bir yanaşmadı. Bu baxımdan da günəş və ay tutulması mistikdir. Sadəcə
olaraq bu hadisə insanlarda müəyyən panika törədə bilər. Maqnit tufanları baş verir və bu, həssas
adamların qanda şəkərin miqdarının olmaması kimi təsirlərini göstərir. Bundan əlavə isə hansısa
ciddi bir təsiri yoxdur”.
Yeganə Bayramova