AZAL Əl-Küveytə müntəzəm reyslər həyata keçirməyə başlayacaq
08:48 19.11.2018
Arxiv
448
Cari ilin 22 dekabr tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirəcək.
"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AZAL J2-119/J2-120 reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri, ekonom sinif və komfort-klub konfiqurasiyalı Airbus A319 tipli təyyarə ilə həyata keçiriləcək.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.
Qeyd edək ki, əvvəllər Küveyt istiqaməti üzrə uçuşlar aviaşirkət tərəfindən çarter proqramı əsasında həyata keçirilirdi.
Küveyt Yaxın Şərqin müasir şəhərlərinin həyatı ilə tanış olmaq istəyən səyahətçilərin ürəyincə olacaq. Burada ən gözəl «Grand Mosque» məsçidini, unikal ekspozisiyalı muzeyləri, möhtəşəm sarayları ziyarət etmək olar, daha sonra isə "Kuwait towers" göydələninin yuxarı mərtəbələrindəki restoranında şam yeməyinə qatıla bilərsiniz. Bundan əlavə Küveytdə ziyarətçilər üçün açıq olan "Kuwaiti Stock Exchange" fond birjasını da ziyarət edə bilərsiniz.
Biletləri AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində və www.azal.az saytında təxsis etmək və əldə etmək mümkündür. Balların avtomatik hesablanması məqsədilə, aviabilet alarkən müvafiq qrafada AZAL Miles proqramında iştirakçı nömrənizi qeyd etməlisiniz.
AZAL Miles bonus proqramı barədə ətraflı məlumat Aviaşirkətin www.miles.azal.az saytında təqdim edilib. Proqram iştirakçısı olmayan şəxslərə http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=ru keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.
Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:
(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)
Elektron poçt: callcenter@azal.az
WhatsApp: (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər üçün, bu nömrəyə zənglər qəbul edilmir)
AZAL Miles bonus proqramına dair sualları azalmiles@azal.az ünvanına, yaxud www.azal.az saytında doldurulan əlaqə forması vasitəsilə göndərə bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə